27 aprel 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Alqubaisi Odlar Yurdu Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, tədbir zamanı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev və Mohammed Alqubaisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında olan dostluq əlaqələri, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri haqda müzakirələr aparıblar.
Əhməd Vəliyev çıxışı zamanı, Odlar Yurdu Universitetin dünyada aktual olan mövzuların peşəkarların dili ilə tələbələrə çatdırılmasına önəm verdiyini bildirib,elə bu səbəblə də OYU mütəmadi olaraq Azərbaycanda yerləşən xarici ölkələrin səfirləri habelə konsulluq nümayəndələri ilə görüşlərin keçirilməsini labüd hesab edir.
Səfir isə öz növbəsində İslam oyunlarının Azərbaycanda keçirilməsinin önəmi, BƏƏ və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən geniş söz açıb.
Sonda Səfir tələbələrin suallarını cavablandırmış və görüş maraqlı diskussiya şəklində davam etmişdir.