'Birlik üçün oxu'dular - VİDEO

MƏDƏNİYYƏT
23:35 14.03.2013
3171
Azərbaycanda bir qrup gənc "Ay Laçın" mahnısını yeni formada ifa ediblər. AZXEBER.COM-un məlumatına görə, "Birlik üçün oxu" layihəsi çərçivəsində ifa olunan mahnı böyük maraqla qarşılanıb. Qeyd edək ki, "Birlik üçün oxu" layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış "Playing for Change" (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış "Doğa için çal" (Təbiət üçün çal) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.İlk klip sadəcə Bakı ərazisində çəkilsə də, növbəti kliplər Azərbaycanın müxtəlif regionlarında çəkiləcək.Layihəni Müsbət Dəyişiklik Gənclər Hərəkatı reallaşdırıb. AZXEBER.COM həmin klipi təqdim edir:

OXŞAR XƏBƏRLƏR