Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır - FOTOLAR

Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır - FOTOLAR
İQTİSADİYYAT
11:40 04.11.2025
251

Azərbaycanın aparıcı e-ticarət platforması Birmarket 3 noyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib. Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirərək onların təcrübəsini bölüşmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək və ticarət sənayesinin inkişafı üçün yeni imkanlar təqdim etmək olub.

AZXEBER.COM xəbər verir ki, açılış nitqində Birmarket-in Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirib ki, şirkət fəaliyyətini satıcıların inkişafı və müştəri yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində qurub:

"Bizim üçün hər bir satıcı tərəfdaşdır. Platformamız onların işini texnologiya, logistika və marketinq baxımından dəstəkləyir. Məqsədimiz onların daha çox qazanmaları və öz müştəriləri ilə daha güclü münasibət qurmalarıdır. Dünya təcrübəsi də göstərir ki, Birmarket kimi platformalar ölkədə biznesi inkişaf etdirir və onu irəli aparır”.

O əlavə edib ki, Birmarket hazırda ölkə üzrə 1500-dən çox "Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan çox məhsulu saxlama imkanı ilə ticarətçilərə geniş infrastruktur təqdim edir və Bir Ekosistem-ə inteqrasiya hazırda Birmarket satıcılarına daha geniş imkanlar yaradır:

"Birbank-ın 4 milyona yaxın aktiv müştərisi artıq platformadakı məhsulları öz tətbiqlərində görə və ala bilirlər. İlk inteqrasiyadan sonra bir ay ərzində 1 milyon yeni istifadəçi platformaya qoşuldu. BirBonus ilə 2 milyondan çox istifadəçi bonuslar toplayır və onları Birmarket-dəki mağazalarda xərcləyirlər”.

Forum çərçivəsində ilin ən yüksək nəticələrinə imza atan satıcılar səkkiz kateqoriya üzrə mükafatlandırılıb. Tədbirdə həmçinin Birmarket, Birbank və M10 stendləri təqdim olunub, partnyorlarla birbaşa ünsiyyət və rəy mübadiləsi aparılıb.

Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir Ekosistem Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

 


 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı