Azərbaycanın yeganə bağçılıq və landşaft dizaynı jurnalı “Parks&Gardens” daha bir ilkə imza atıb.Jurnal bu dəfə bitkilər haqqında praktik təlimlərə start verib. Mövzusu “dağlaləsi” olan ilk təlim Green’s Cafe-də keçirilib. Təlimçi qismində gülçü-ekspert Elşən Aslanov dağlaləsi haqqında qısa məlumatdan sonra, praktik olaraq onun çöl şəraitində və dibçəkdə əkilməsi qaydalarını göstərib. İlk dəfə keçirilməsinə baxmayaraq təlimə maraq çox olub. Sonda təlimçi iştirakçıları maraqlandıran sualları cavablandırıb, həm mövzu ilə bağlı, həm də digər bitkilər haqqında maraqlı müzakirələr aparılıb.Bir-biri ilə təcrübələrini bölüşən təlim iştirakçıları bitki mübadiləsi də ediblər. Bildirək ki, noyabrın 29-u keçiriləcək növbəti təlim səhləblərin əkilməsi və qulluğu haqqında olacaq.Təlimdə iştirak etmək üçün [email protected]/* */ elektron poçt ünvanı və ya facebook.com/parksgardens səhifəsinə müraciət edə bilərsiniz.