‘Biz birlikdə bacararıq’

‘Biz birlikdə bacararıq’
GƏNCLİK
17:21 30.04.2012
1574

Artıq on dörd ildir ki,AvropaŞurasının«Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi» layhəsinin Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi, Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərə Vətənə məhəbbət hisslərinin aşılanması məqsədi ilərespublikanın əksər reqionlarını əhatə edən gənc fotoqraflar arasında, “Mədəni İrsimiz-Tarixi Dəyərimiz” müsabiqəsi keçirilir.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətnin rəhbəri Səmayə Məmmədova müsabiqədəqalib gəlmiş fotoşəkillər hər il İspaniyanın Barselona şəhərinə göndərilir və dünyanın əksər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur. Bunula yanaşıhəmin fotoşəkillər tədbirin ümumi kataloqunda nəşr olunur.

Ölkəmizin 2020-ci il Yay Olimpiya oyunlarına namizəd şəhər olduğunu nəzərə alaraq,bu il müsabiqə Azərbaycanda“Birlikdəbacararıq”adıaltındahəyatakeçirilir.

01 may 2012-ci il tarixdə saat 19-00-daDənizkənarı Bulvar ərazisində (Qız Qalasının qarşısında) “Birlikdə Bacararıq” simvolunu əks edtirənfleshmob,saat 19-15-də isə “Art Garden”-da (ünvan:İçərişəhər,A.Zeynallı .22)“Birlikdə Bacararıq” adlı fotomüsabiqəsinin nəticələrinə həsr olunmuşfotosərgi və qrafiti şou keçiriləcək.

“Birlikdə Bacararıq” adlı fotomüsabiqəsində I yerə layıq görülmüş iştirakçı 400 manat, II yerə layıq görülmüşiştirakçı 300 manat, III yerə layıq görülmüş 2 nəfəriştirakçı isə 200 manatpul mükafatı və diplomlarlatəltif olunacaqlar.

OXŞAR XƏBƏRLƏR