Gülnarə Məmmədli : “Festivala az qaldığından əsəblər də gərilir”.
“Biz çalışdıq ki, bu vəhşiliyi pantamimo sayağı tamaşaçılara çatıraq”.
“Ananın yerinə olsaydım heç tərəddüd etmədən övladımı öldürərdim”.
“İstəyərdim erməni qadını rolunu oynayım və bütün dünyaya göstərim ki...”
"Həyatda hər şeyin öz yeri var, biz burada Bəhruzla nişanlı yox, rəqibik”.
Kifayət Həsənova: “Gülnarə xanım mənim idealımdır”.
“Amma ailəm qarşı çıxdı və mən məcbur olub sənədlərimi müəllimliyə verdim”.
“Bizim tələbələr bu tamaşaya baxmalı və buradan bir nəticə çıxarmalıdırlar”.
Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələr təqdim etməkdə davam edir.AZXEBER.COM portalı “O an bizim gözümüzdə” pyesinin quruluşçu rejissoru Gülnara Məmmədlinin rejissorluğu ilə Bakı Slavyan Universitetinin tərkibində fəaliyyət göstərən TOTEM tələbə teatrının hazırladığı pantomima tamaşasının təlim-məşq toplantısından hazırlanmış müsahibəni təqdim edir...
“Festivala az qaldığından əsəblər də gərilir”.
-Özünüz haqqında oxucularımıza məlumat verin.
Mən Gülnarə Məmmədli Bakı Slavyan Universitetində 2009-cu ildə “Totem” tələbə teatrını yaratmışam. Teatrımız 2 böyük tamaşa hazırlayıb. Yaradıcı gəncləri öz ətrafımızda birləşdirə bilmişik. Bir sözlə, Mini teatr açmışıq. Universitetin rektoru Kamal Abdulla da bizə çox dəstək verir. Bu onun təkcə bizə yox, ümumən Azərbaycan mədəniyyətinə göstərdiyi qayğının göstəricisidir. Teatrımızda 2 ildə Xocalı ilə, 31 mart soyqırımı ilə bağlı tamaşalar oynanılıb. Hazırda da Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş teatr festivalına hazırlaşırıq.
-Sizi bu gün bir az əsəbi gördük. Nəyə əsəbləşmisiz?
Bildiyiniz kimi, artıq festivala çox az qalıb, buna görə bizdə də gərginlik artıb bir az. Birincilik üçün gərgin iş rejiminə davam etməliyik. Festivala az qaldığından əsəblər də gərilir.
-Kollektiviniz haqda nə deyə bilərsiz?
Bunlar professional aktyorlar, aktrisalar deyil bunu nəzərə almaq lazımdır. Bunu nəzərə alsaq tələbələrin bu günə qədər etdiklərini uğurlu adlandıra bilərik. Amma təbii ki, bizim istədiyimiz kriteriyalara hələ ki, gəlib çatmayıblar.
“Biz çalışdıq ki, bu vəhşiliyi pantamimo sayağı tamaşaçıya çatıraq”.
-İndi isə tamaşa haqda danışaq...
Tamaşa 1918-dən başlayaraq əsasən də 90-cı illərdə baş verən hadisələri özündə birləşdirir. Tamaşada azərbaycanlı ana ermənilər onları tapmasın deyə öz övladını boğur. Bu tamaşada ermənilərin vəhşiliyi göstərilib. Biz çalışdıq ki, bu vəhşiliyi pantamimo sayağı tamaşaçıya çatıraq. İnanıram ki, buna nail olacağıq.
“Ananın yerinə olsaydım heç tərəddüd etmədən övladımı öldürərdim”.
-Siz özünüz o ananın yerinə olsaydız övladınızı öldürərdiz?
Burada Azərbaycan qadının, xanımının qeyrəti, namusu göstərilir. Bizim tamaşada ana qucağında uşaqla düşmənə müqavimət göstərir, ona tabe olmur. Mən də həmin anda ananın yerinə olsaydım heç tərəddüd etmədən övladımı öldürərdim.
-Sizin üçün vətənpərvərlik budur?
Vətənpərvərlik bayrağını, millətini, torpağını sevməkdir. Vətənpərvərsənsə bayrağın uğrunda mübarizə aparmalısan, bayrağın uğrunda canından keçməlisən. Məni bu dəqiqə müharibəyə çağırsalar böyük məmnuniyyətlə gedərəm. Qaldı ki, suala əgər öz övladımı boğmaqla vətənimə xeyirim dəyəcəksə, dostlarım, həmyerlilərim sağ qalacaqsa övladımı niyə öldürməyim?
“İstəyərdim erməni qadını rolunu oynayım və bütün dünyaya göstərim ki...”
-Erməni qadın rolunu oynamaq istərdiz?
Bəli, çox böyük məmnuniyyətlə oynayardım. İstəyərdim erməni qadını rolunu oynayım və bütün dünyaya göstərim ki, baxın ermənilər budur. Görün ki, ermənilər necə qəddar millətdir. Onların nə qədər ikiüzlü, riyakar olduqlarını göstərmək isstərdim.
-Tamaşanın əsas ideyası nədir?
Bu tamaşa ilk növbədə Azərbaycan xalqına qarşı olan haqsızlığı göstərir. Gənc nəsil ancaq televizordan, internetdən məlumatlanır. Biz isə bunu tamaşa vasitəsilə göstəririk. Azərbaycan anasının başına gələn vəhşilikləri insanlara çatdırmaq istəyirik.
“Həyatda hər şeyin öz yeri var, biz burada Bəhruzla nişanlı yox, rəqibik”.
-Nişanlınız Bəhruzun da tamaşısı var. Sizcə hansınız daha güclü olacaqsınız?
Mənim tamaşamın öz yeri var, onunkının öz yeri. Amma rusların bir sözü var ki, “slujba, slujba, drujba, drujba”. Mən inanıram ki, mənim tamaşam birinci yer olacaq, Bəhruzun tamaşası yox (gülür) Amma qeyd edim ki, onun da tamaşası çox uğurludur və ola bilər ki, Bəhruz bizi qabaqlasın. Bir şeyi də qeyd edim ki, həyatda hər şeyin öz yeri var, biz burada Bəhruzla nişanlı yox, rəqibik.
-Sonda nə demək istərdiz?
Sizin portala minnətdaram ki, bizə bu qədər diqqət ayırır, festivalı keçirənlərə sağ ol deyirəm və tamaşaçılara demək istəyirəm ki, mütləq festivalda iştirak etsinlər...
“O an bizim gözümüzdə” tamaşasının qəhrəmanı Kifayət Həsənova da tamaşa ilə bağlı AZXEBER.COM-un suallarını cavablandırıb...
“Gülnarə xanım mənim idealımdır”.
-Özünü oxucularımıza təqdim et.
Həsənova Kifayət. Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsiyəm.
-Nə zamandan TOTEM teatrında fəaliyyət göstərirsən?
TOTEM tələbə teatrı fəaliyyət göstərən gündən mən bu teatrın tərkibində aktiv iştirak edirəm. Bu tamaşanı biz bir dəfə də səhnəyə qoymuşuq. Teatrımızın rəhbəri Gülnarə xanım bizə festival haqqında məlumat verəndən sonra biz tamaşanı yenidən işləməyə başladıq.
-Bu tamaşada baş rolu sən ifa edirsən. Səhnədə bütün gözlər səndə olacaq. Həyəcan varmı buna görə?
Bəli həyacanlıyam. Əvvəla, mən burada ana obrazını canlandıracam. Bu ana özündən daha çox ətrafdakı insanların həyatını fikirləşir. O öz qollarında öz balasını boğur, ancaq bundan peşman olmur.
- Özün necə düşünürsən, sən o ananın yerində olsaydın, öz övladını öldürərdin?
Bəli. Çox səmimi deyirəm, öldürərdim.
- Sənin üçün vətənpərvərlik ananın övladını öldürməsidir?
Əslində, bunun özü də bir vətənpərvərlik simvoludur. Ana öz övladını insanların yaşaması üçün öldürür. Bu ən böyük vətənpərvərlikdir.
-Bu sənətdə idealın kimdir?
Bizim rəhbərimiz Gülnarə xanım mənim idealımdır.
-Nəyə görə məhz Gülnarə xanım ?
O hər zaman məşq prosesində öz obrazını bizə lazımınca çatdırmağı bacarır. Bu obrazı məndən əvvəl o canlandırıb və daha sonra mənə həvalə edib. Ona görə istərdim ki, onun kimi bir aktrisa olum. Bu sənətdə nə öyrənmişəmsə hamısını Gülnarə xanımdan öyrənmişəm.
-Bəs ən böyük arzun nədir?
Ən böyük arzum pantomima teatrında çalışmaqdır.
“Amma ailəm qarşı çıxdı və mən məcbur olub sənədlərimi müəllimliyə verdim”.
-Hazırda incəsənət üzrə təhsil almırsan, ancaq aktrisa olmaq istəyirsən. Niyə ADMİU-ya getmədin?
Mən çox istəyirdim, sənədlərimi ora verim, amma ailəm qarşı çıxdı və mən məcbur olub sənədlərimi müəllimliyə verdim.
-Bəs ailənin sənin teatrla məşğul olmağından xəbəri var?
Bəli var. Amma onlar mənim bu işlə sadəcə maraq xətrinə məşğul olduğumu bilirlər. Ancaq teatr mənim bir parçamdı. Mən səhnəsiz qala bilmərəm.
-Müntəzəm olaraq məşq etdiyinizi dedin. Bəs dərslərdə bir problem yaranmır?
Xeyr, heç bir problem yaşanmır. Mən özüm yüksək balla universitetə daxil olmuşam, ona görə çalışıram ki, dərslərimdə bir problem çıxamsın. Bir də ki, hər şeyi proqramlı şəkildə edirəm. Həm məşqlərimi, həm dərslərimi, həm də digər işlərimi planlaşdırıram.
-Kitab oxuyursan?
Bəli.
-Ən axırıncı oxuduğun kitabın adı nədir?
Axırıncı dəfə “Qılınc və Qələm”i oxumuşam.
-Hansı obrazı daha çox canlandırmaq istəyirsən?
Uşaqlıqdan hər zaman çalışmışam ki, 2 obrazı canlandırım. Bunlardan birincisi, qısqanc qadın digəri isə, ana obrazıdır. Qısqanc qadın obrazını oynamışam. İkincisini isə qismət olsa bu festivalda oynayacam.
“Bizim tələbələr bu tamaşaya baxmalı və buradan bir nəticə çıxarmalıdırlar”.
-Gülnarə xanım müsahibəsində qeyd etdi ki, bizim tələbələr təcrübəsizdir. Sən bununla razısan?
Bəli, razıyam. Çünki biz İncəsənətin Universitetinin tələbələri kimi təhsil almamışıq. Amma bizim teatr ilk dəfə “Ər-arvad” tamaşasını oynayanda ADMİU-nun müəllimləri belə bir fikir söyləmişdilər ki, bizim tələbələr bu tamaşaya baxmalı və buradan bir nəticə çıxarmalıdırlar.
-TOTEM-in birinci olacağına inanırsan?
Əlbətdə inanıram. Əvvəlcədən bütün festival iştirakçılarına onu demək istərdim ki, birincilikdən əllərini üzsünlər, çünki biz çox güclü hazırlaşmışıq. TOTEM teatrı bu il bu festivalda birinclik üçün çıxış edəcək. İnşallah, birincilik elə bizim də olacaq.
-Təşəkkür edirik.
Sağ olun. AZXEBER.COM portalı TOTEM tələbə teatrının hazırladığı “O an bizim gözümüzdə” tamaşasının ssenari müəllifi Bəhruz Əhmədlinin də fikirlərini öyrənib. Xatırladaq ki, Bəhruz Əhmədli eyni zamanda festivalda “Mənim düşmən oyuncağım” adlı tamaşanın quruluşçu rejissorudur.
-Öz tamaşan və TOTEM teatrının hazırladığı “O an bizim gözümüzdə” tamaşası arasında hansı oxşar və fərqli cəhətləri görürsən?
Əvvəla onu deyim ki, bu tamaşanın ssenari müəllifi mənəm. “Mənim düşmən oyuncağım” adlı tamaşasının isə rejissoruyam. Ona görə hər ikisi mənə doğmadır. Bununla yanaşı, onların hər ikisi pantomima tipində olduğu üçün daha çox mənim marağımı cəlb edib. Bu tamaşanın bizim tamaşadan ən böyük fərqi burada dinamikliyin daha çox olmasıdır.
-Bildiyimiz qədəri ilə sən və TOTEM teatrının rəhbəri Gülnarə xanım bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşırsınız. Bir cütlüyün festivalda rəqib kimi çıxış etməsi necə duyğudur?
Təbii ki, bu bir yarışmadır. Mən də Gülnarə də birincilik üçün çalışırıq. Əsas odur ki, gözəl işlər ortalığa çıxsın və teatr qazansın. Hətta onunla biri-birimizə zarafat edəndə belə deyirik ki, birincilik kimə gedirsə, getsin, əsas odur ki, evə gəlir.(gülür)
Hacıbəy HEYDƏRLİ
Ramil AĞASIYEV