"Biz bütün gənclər bir araya gələrək bu etimadı doğruldacağıq"

"Biz bütün gənclər bir araya gələrək bu etimadı doğruldacağıq"
MANŞET
12:33 19.06.2017
1858
Bu gün Heydər Əliyev Mərkəzində Prezident Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə "15 İyun Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
 
AZXEBER.COM-un məlumatına görə, tədbirdə müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti barədə danışılıb, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edilib.
 
Qeyd olunmuşdur ki, məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəldiyini bildirmişdir. 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb: "Əgər 15 iyun 1993-cu ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsə idi, Azərbaycanı 1920-ci il 28 apreldə ki fəlakətdən daha böyük fəlakət gözləyirdi. Əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə tamamilə bütün Azərbaycanı itirəcəkdik. Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq”.
 
Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: "Azərbaycan idman sahəsində böyük uğurlar qazanıb, medallarımızın sayı hər il artır. Azərbaycanda keçirilən Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinə birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edib, bu mötəbər idman yarışları uğurla keçirilib. Ölkədə gənclər siyasəti uğurla davam etməkdədir. Hər il bu istiqamətdə yüzlərlə layihə həyata keçirilir. Ölkədə 300-dən artıq gənclər təşkilatları fəaliyyət göstərir. Gənclər Fondunun bu istiqamətdə fəallığını vurğulamaq istərdim. Uğurlarımızın əsası Mili Qurtuluş Günü ilə qoyulub və gənclərimiz bunu bilməlidirlər”
 
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Heydər Əliyev tərəfindən gənclərə diqqət və qayğı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Y.Məmmədəliyev çıxışı zamanı bildirmişdir ki, gənclərin potensialının reallaşdırılması, istedadlı gənclərin təşviqi, gənc nəslin milli ruhda yetişməsi üçün lazımi şəraitin yaradılması bizim qarşımıza qoyulmuş başlıca vəzifələrdəndir.
 
Möhtərəm cənab Prezidentin göstərişi ilə Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri üzrə məsul şöbənin təsis edilməsi ilk növbədə onun bu sahəyə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Biz də üzərimizə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışacağıq. Ümid edirəm ki, burada iştirak edən gənclər təşkilatları bu yolda öz dəyərli təcrübə və bilikləri ilə bizə dəstək verməyə davam edəcək və biz bir komanda olaraq ümumi amal, vahid məqsəd uğrunda birlikdə addımlayacağıq. Məqsədimiz isə Azərbaycan gənclərini savadlı, sağlam, vətənpərvər və milli dəyərlərə sadiq görməkdir.
 
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov 1990-cı illərdə Azərbaycanda xaos hökm sürdüyünü xatırladıb: "Azərbaycan parçalanmaq, yox olmaq ərəfəsində idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu təhlükələrdən xilas oldu. Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər gənclərlə 43 dəfə görüşüb, 20-yə qədər sərəncam, fərman imzalanıb. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç bir ölkədə Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yoxdur. Bu, gənclər siyasətinə diqqətin təzahürüdür".
 
Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Məhz Ulu öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır. F.Muradov bildirmişdir ki, "Gənclər siyasəti sahəsində görülən işlərdən bəhs edib: "Bu gün Azərbaycanda idman sahəsində görülən işlər heç bir ölkədə həyata keçirilmir. Bu, Azərbaycanın inkişafı və uğurları ilə bağlıdır”.
 
Tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, "İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və "Asan Könüllüləri” Gənclər Təşkilatını sədri Bəxtiyar İslamovun çıxışları ilə davam etmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir