Mehriban Əliyeva gəncləri təbrik etdi

MANŞET
12:15 02.02.2020
6123
Birinci vitse-prezident Mehriban Əliyeva 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

AZXEBER.COM-un məlumatına görə, paylaşımda deyilir:

"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!"

OXŞAR XƏBƏRLƏR