Biz dövlətimizə güvənirik

Biz dövlətimizə güvənirik
Bütün Xəbərlər
12:51 17.07.2014
2028

Azər Həsrət

Mən Kəlbəcərdə heç vaxt olmamışam. Amma nəyə görəsə içimdə ayrı bir Kəlbəcər həsrəti var.

O torpağın yaxınına ilk dəfə 2 il öncə getmişdim. Tərtərdə dostlarımızdan Umud Rəhimoğlunun peşə təlim mərkəzində gənclərə bir seminar keçmək üçün getdiyim zaman bir də gəzintiyə aparmışdılar məni. Tam da Murov dağına sarı getmişdik. Əlbəttə ki, uyğun tələbləri və məsafəni aşmadan. İlk dəfə idi bu rayona gəlmişdim, ilk dəfə idi öz gözümlə Kəlbəcərə uzanan yolu görürdüm. İlk dəfə idi ki, Kəlbəcər tərəfə baxırdım.

Çox sarsılmışdım onda. Üzülmüşdüm, bir qədər də yazıqlaşmışdım. Ömrümdə heç vaxt belə hislər keçirməmişdim o günədək. Kəlbəcər, əlimi uzatsam əlim çatacaq qədər yaxındaydı, amma ora gedə bilmirdim. Artıq 20 ildən çoxdur düşmən tapdağında olan bu yurd parçasına gedə bilmirəm mən.

Mənim kimi Kəlbəcərlilər də gedə bilmir ora. Heç başqa Azərbaycanlılar da o tərəflərə keçə bilmir. Amma üç Vətən oğlu var ki, onlar, sən demə, neçə illərdir ki, işğala, düşmən qorxusuna baxmadan istədikləri kimi Kəlbəcərə gedib-gəlirmişlər!

Demək ki, istəyənlər gedə bilərmiş oralara! Mən gedə bilmirəmsə, deməli, yetərincə istəmirəm! Elə mənim kimi gedə bilməyənlərin hamısı bunu yetərincə istəmədiyindəndir ki, Kəlbəcərə, Laçına, Zəngilana, Cəbrayıla, Füzuliyə, Şuşaya, Xankəndinə, Ağdam şəhərinə və daha neçə-neçə öz yurdumuza gedə bilmirik. İstəsək, gedə bilərik! Amma hələ də istəmirik!

Bu üç Vətən oğlunun - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun dəfələrlə Kəlbəcərə gedib-gəlməsi, özlüyündə, o torpaqlara nə qədər ehtiyac duyduğumuzu bir daha göstərir. İndi onlardan ikisinin işğalçı Ermənistan ordusu tərəfindən tutulduğu, birinin isə öldürüldüyü deyilir. Hər halda Ermənistan tərəfi bu xəbəri yayıb, bizim media da tirajlayıb. Gerçək olma ehtimalı da yox deyil.

Burada bir məqamı da qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin də açıqladığı kimi bu şəxslər heç bir qanun pozmayıblar, heç bir xarici dövlətin sərhədini qanunsuz keçməyiblər, sadəcə işğal altındakı öz yurdlarına dinc şəkildə gedib-gəliblər. Yəni bu insanların heç bir bəd əməli yoxdur ki, qınansınlar. Bu, öz yerində.

İndi diqqətimizi çəkən budur ki, Azərbaycan ictimaiyyətinin fərqli kəsimləri olaya gərəkli təpkini göstərir, toplantılar düzənlənir, açıqlamalar verilir, dövlət də öz vəzifəsini yerinə yetirərək onların erməni əsarətindən qurtuluşu üçün çalışır. İnşallah, bu çalışmalar sonuc verəcək və Vətən oğullarımız qurtulacaq. Amma diqqət çəkən başqa bir məqam da var ki, onun haqqında danışmaq istərdik.

Fikir verirsinizsə, az qala qarışqadan fil düzəldib Azərbaycanda insan haqlarının pozulduğunu hər addımda iddia edənlərin səsi çıxmır. Nə ölkə içindəki təşkilatların və onların fəallarının, nə də ki, bu təşkilatların beynəlxalq ağalarının tükü də tərpənmir! Bir neçə insanımız gerçək ölüm təhlükəsilə üz-üzədir, öz torpağında düşmən tərəfindən girov götürülüb, kim bilir hansı işgəncələr altındadır, amma bu “hüquq müdafiəçiləri” susurlar! Sual olunur, niyə? Məgər bu olayda da insan haqları pozuntusu yoxdurmu? Məgər ermənilərin əsir aldığı Azərbaycanlılar insan deyilmi? Məgər onlara tətbiq edilən işgəncələr yetərli deyilmi ki, dünyanı ayağa qaldırıb etiraz edəsən? Bəs deyirdiniz ki, insan haqları universaldır, ayrıseçkilik sevməz, milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs müdafiə edilməlidir? İndi nə oldu bəs? Niyə səsiniz çıxmır, niyə susursunuz? Hə, okeanın o tayındakı ağalarınızın xoşuna gəlməz deyə susursunuz, eləmi? Yaxud da elə içinizdə zatən Vətən, Millət duyğusu olmadığı üçün susursunuz! Fərq etməz, vallah, fərq etməz!

Azərbaycanın xəritədəki yerini belə bilməyən bir müğənnini Bakının zibilliklərinə qədər aparıb ölkəmizin “bərbad gündə” olduğunu göstərən “hüquq müdafiəçiləri”, hardasınız?

Yanından bir polis keçdiyində ayaqyolu şousu düzəldib dünyanı üzərinə güldürən “hüquq müdafiəçisi”, hardasan?

Adi bir ifadə üçün istintaqa çağrılmasından qorxub ölkəni tərk etmiş “hüquq müdafiəçisi”, hardasan?

Bəs bu “hüquq müdafiəçiləri”nə züy tutan partiya və ictimai birliklər, ayrı-ayrı “xadimlər”, siz hardasınız?

Səsiniz çıxmır, çıxmaz da təbii. Çünki bu olayda heç bir formada Azərbaycan dövlətini ittiham etməyə yer yoxdur da, ondan.

Neynək, çıxmasın səsiniz! Zatən bu millətin sizin səsinizə ehtiyacı yox ki! Girovluqda olanlarımızı onsuz da dövlətimiz qurtaracaq! Dəfələrlə qurtardığı kimi! Biz dövlətimizə güvənirik, siz də ağalarınıza hesabat verməyə davam edin...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib