‘Biz elə etməliyik ki, Bakımız uzun müddət onların yaddaşından çıxmasın’ - Fərhad Hacıyev

‘Biz elə etməliyik ki, Bakımız uzun müddət onların yaddaşından çıxmasın’ - Fərhad Hacıyev
GƏNCLİK
00:07 16.05.2014
2474

Bu gün Bakı 2015 Oyunlar Akademiyası tərəfindən həyata keçirilən "Məzun Təkmilləşdirmə Proqramı"nın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Bakı 2015 Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü və Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyat Qabilliyi və Hazırlıq departamentinin direktoru Qevin MakAlpayn, Komitənin digər təmsilçiləri, gənclər təşkilatlarının rəhbərləri və üzvləri və proqrama müraciət etmiş məzunlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Q.MakAlpayn qeyd edib ki, proqram məzunlar arasında geniş marağa səbəb olub. Onun sözlərinə görə, son günlər "Məzun Təkmilləşdirmə Proqramı"na yüzlərlə müraciət edildiyindən, müraciətlərin müddəti mayın 22-nə qədər uzadılıb.

Q.MakAlpayn əlavə edib ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan tarixində əlamətdar bir hadisə olacaq və "Məzun Təkmilləşdirmə Proqramı" da öz növbəsində məzunlara proqramda iştirak etməklə geniş təcrübə qazanmağa və özlərini sübut etməyə imkan verəcək.

Daha sonra tədbirdə çıxış edən F.Hacıyev bildirib ki, bu proqram məzunlar üçün tarixi bir şansdır. Onun sözlərinə görə, proqram çərçivəsində seçilən 150 gənc çoxnövlü idman yarışlarının keçirilməsi üzrə Azərbaycanda ilk mütəxəsislər olacaqlar.

F.Hacıyev vurğulayıb ki, seçilən məzunlar bu sahədə peşəkar olan insanlardan təlimlər alacaqlar.

Gənclər Fondunun icraçı direktoru əlavə edib ki, Bakı 2015 Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: "Biz elə etməliyik ki, Bakıya gələn idmançılar və digər qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar və Bakımız uzun müddət onların yaddaşından çıxmasın".

F.Hacıyev gənclərə uğurlar arzu edib və onların proqramda aktiv iştirak edəcəklərinə ümid etdiyini bildirib.  

Daha sonra proqram haqqında videoçarx nümayiş etdirilib və müraciətçilərə proqram haqqında ətraflı məlumat verilib.

Qeyd edək hazırda 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar olaraq Bakı 2015 Oyunlar Akademiyası "Məzun Təkmilləşdirmə Proqramı"na 2012-2014-cü illər arasında məzun olmuş istedadlı və motivasiyalı məzunların müraciətlərini qəbul etməkdə davam edir. Oyunlar Akademiyasının internet səhifəsindən (https://www.baku2015.com/en/join-us/games-academy.aspx) ərizə formasının doldurulması haqqında ətraflı məlumat almaq mümkündür.

Bakı 2015 Avropa Oyunları Azərbaycanın özünü böyük işlərə qadir müasir Avropa ölkəsi kimi nümayiş etdirməsi üçün son dərəcə vacib platformadır. Eləcə də, "Məzun Təkmilləşdirmə Proqramı"nda iştirak üçün seçilənlərə də izdihamdan seçilmək və fərqlənmək üçün meydan veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'