‘Biz Elnur, Elnur o zaman deməliydik’ - Gövhər Həsənzadə od püskürdü

‘Biz Elnur, Elnur o zaman deməliydik’ -  Gövhər Həsənzadə od püskürdü
MAQAZİN
14:56 02.12.2014
26910

'Elnurun Elnur olmasını bilmək üçün oramı çıxması lazım idi?”

“Elnurun Elnur olmasını bilmək üçün məhz oramı çıxması lazım idi? Azərbaycanı təmsil etmək məsələsinə gəldikdə isə, dünənki səhnədən yüz dəfə artıq bir səhnədə, bizi tanımayan, musiqimiz haqqında heç bir anlayışı olmayan tamaşaçı qarşısında artıq Elnur Azərbaycanı layiqincə təmsil etmişdi. Biz Elnur, Elnur o zaman deməliydik. 7 il onun ürək ağrısını çəkmişəm, onun arxasında durub dəstəyini verən insan olmuşam, amma görürsünüz ki, heç bir şey əldə edə bilməmişik. Mənim yerimə kim olsaydı, bu gün hamıdan birinci bağıra bilərdi”.

Bu fikirləri Respublikanın əməkdar artisti Gövhər Həsənzadə AZXEBER.COM-a Elnur Hüseynovun Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasındakı uğurlu çıxışından sonra cəmiyyətdə dolaşan müxtəlif fikirlərə münasibətini açıqlayarkən söyləyib.

“Mənim üçün ən ağrılı gələn odur ki, Evrovision müsabiqəsindən 7 il keçəndən sonra Elnurun məhz Türkiyədə minlərlə tamaşaçını ayağa qaldırması lazım idimi ki, onun istedadı yada düşsün, xatırlansın. Həmin o Elnur ki Samirlə bərabər Avropa tamaşaçısını 8 il əvvəl ayağa qaldırmışdı, Azərbaycan estrada musiqisi haqqında çox gözəl fikir yaratmışdı, layiqli təmsilçi olmuşdu, bütün bunlar haqqında danışılmır, amma nəyəsə görə, sadaladıqlarım kölgədə qalıb, məhz türk tamaşaçısının, münsiflərin dəstək verməsinə görə, Elnur indi dillər əzbəri oldu. Həmin o Elnurdu da? Heç nə dəyişməyib?”

Elnurun uzun zaman kölgədə qalması ilə bağlı səsləndirilən fikirlərə münasibətini söyləyən bəstəkarın cavabı birmənalı olmadı: “Elnur niyə iş təkliflərindən imtina edir? Nəyə görə Elnur daha layiqli çıxış etmir? Bu barədə heç düşünən olubmu?”

“Buraxdığımız boşluqlar doldurulacaqmı? Elnurla əldə etdiyimiz nailiyyətə bu illər ərzində olan laqeyd münasibətdən sonra mən nə deyim? O bu gün əgər Azərbaycanın musiqisini öz sənətkarlığı ilə sevdirə bilibsə, mən bir vətəndaş kimi  fəxr edirəm. Elnurun Elnur olmasını bilmək üçün məhz oramı çıxması lazım idi? Azərbaycanı təmsil etmək məsələsinə gəldikdə isə, dünənki səhnədən yüz dəfə artıq bir səhnədə, bizi tanımayan, musiqimiz haqqında anlayışı olmayan tamaşaçı qarşısında artıq Elnur Azərbaycanı layiqincə təmsil etmişdi. Biz Elnur, Elnur o zaman deməliydik. Bu gün Samir haqqında da söz deyən yoxdur. Niyə heç kimi Samirin harada olduğunu soruşmur? Sabah Samir də hansısa səhnədə çıxış edib uğur qazanacaqsa, onunla bağlı belə bir fikirlər soruşulacaq? 7 il onun ürək ağrısını çəkmişəm, onun arxasında durub dəstəyini verən insan olmuşam, amma görürsünüz ki, heç bir şey əldə edə bilməmişəm. Mənim yerimə kim olsaydı, bu gün hamıdan birinci bağıra bilərdi”.

Azxeber.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
22:56 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib