Çoxlarımızın gündəlik həyatda eşitdiyimiz bir termin var "maşennik".
Bu gün cəmiyyətdə çox adam bu sözlə qarşılaşıb və rahatca kiminsə haqqında bu sözü işlətmişik. Lakin nədənsə heç birimiz bunu araşırmadan mühakimə edirik və kimisə belə adlandırırıq.
Mən sizə hazırki zamanədə başverən hadisələri çatdırmaq istərdim. Yəqin ki, hər birimizin həyatında gözlənilməz və çox xoşagəlməz hadisələr baş verib. Bu hadisələrdən biri hər hansı bir problemə görə pula təcili surətdə ehtiyac duymaq ola bilər. Belə bir halda hamımızın ağlına gələn ilk şey yaxın bildiklərimizdən borc almaqdır. Lakin borc tapa bilmədikdə ağıla gələn ikinci variant kreditdir. Hansı ki, bu gün cəmiyyətin evini yıxan və tikən kredit.
Deməli üz tuturuq bir banka və orada olan kredit mütəxəssindən reklamda gördüyümüz kimi heç bir arayışsız və zaminsiz kredit istəməyə. Lakin bu zaman aydın olur ki, gördüklərimiz adından da bəlli olduğu kimi sadəcə bir reklam imiş.
Əgər biz hər hansı özəl bir şirkətdə və ya fiziki işlərdə işləyiriksə təbii ki, bizə arayış versələr belə bu kredit alınmayacaq. Çünki ya işlədiyimiz şirkətin banklarla heç bir müqaviləsi yoxdur, ya da arayış almalı yerimiz yoxdur. (Məsələn qul bazarında duran haradan arayış gətirsin? )
Yaxud da gətirdiyimiz arayışda göstərilən aldığımız maaş bankı qane etmir. Nəticədə başı aşağı bankı tərk edib, təlaş içində başqa yollar axtarırıq. Və ən asan yollardan biri ağlımıza gəlir: "Gedim kreditə telefon götürüm satım".
Yaxınlaşırıq telefon dükanına vı ən bahalı model telefonu seçirik ki, satdığımız zaman əlimizdə heç olmasa normal pul qalsın ki, problemimizi həll edə bilək. Ən çox satılan "İphone" en son modelini kreditləşdirib götürürük. Satış qiyməti 850 AZN kreditlə minimum 980 AZN başa gələn telefonu.
Hələ bu krediti rəsmiləşdirdikləri zaman bütün qohum əqrəbaya zəng edib, xəbər vermələrindən danışmıram.
Nəysə bu telefonu bu mağazadan götürüb keçirik digər mağazaya satmağa. Satanda isə en baha halda 650 AZN satırıq. Artıq göründüyü kimi 350 AZN 5 dəqiqənin içində yoxa çıxdı. Buna baxmayaraq problem həll olunsun deyə satıb problemimizi həll edirik. Gəlir çıxır krediti ödəmə tarixləri. Aylıq maaş və ya qazancla gücnən dolanan bir adam artıq 1 və ya 2 ay ödədikdən sonra sıxıntılar baş qaldırır. Bax əsl həngamə bundan sonra başlanır. Kredit gecikən kimi də bütün qohum əqrəbaya zəng edirlər ki, bəs filankəs krediti vermir.
Bu çıxış yolu deyil lakin başqa yol da qalmır.Beləcə hər dəfə bu problemlər başa gəldikcə borc və kreditimizin məbləği artmaqda davam edir. Problemlər əlindən bir də gözümzüzü aşırıq ki, işdən də çıxmışıq. Artıq gündəlik mövzumuz "bu kreditdən necə can qurtaraq?" olur. Qohum əqrəba və ətrafımız da bizi artıq "maşennik" adlandırır. Bu mövzu çox geniş bir mövzudur.
İndi sizə sual verirəm maşennik bizik ya bizi reklamlarda aldadan, bu dükandan kreditlə 980 manata aldığımız və digər dükanda 650 manata satdığımız, qohum əqrəbaya zəng edib "qohumun krediti ödəmir" deməklə biyabır edənlər? Unutmayaq ki,mağazada alan, satan, kreditləşdirən və bu pula ehtiyacı olanlar da bizik. Bir sözlə, biz hamımız "maşennik"ik.