“Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır” - Müdafiə Nazirliyi

“Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır” -  Müdafiə Nazirliyi
Bütün Xəbərlər
00:23 03.02.2014
6185

Müdafiə Nazirliyi xəbər verir ki, son günlər cəbhədəki döyüşlərdə Azərbaycanın iki hərbçisi şəhid olub, ermənilərin itkisi isə onlarladır

Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir: “Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır”.

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.

OXŞAR XƏBƏRLƏR