“Biz qayıdacağıq” filmində “Zakir” rolunu oynayan kimdir?

“Biz qayıdacağıq” filmində “Zakir” rolunu oynayan kimdir?
SOSİAL
11:21 19.03.2016
3606
Biz qayıdacağıq” filminin adı çəkiləndə ekran əsərindəki “Zakir” obrazı dərhal göz önündə canlanır.
2007-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş “Biz qayıdacağıq” Azərbaycan kino sənətinin incilərindəndir. Bu filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt “yoruldum” demir.
Film bu günümüz üçün aktual olan bir mövzuya həsr edilib. Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Filmin baş rolunda gənc xanəndə Pərvaz İbrahimli çəkilib. Pərvaz İbrahimlinin filmdə baş qəhrəman Zakir roluna çəkilməsinin maraqlı tarixçəsi olub:
“Məndən əvvəl artıq bir neçə uşağı sınaqdan keçirmişdilər. Amma mən bu filmə çəkilmək üçün daha həvəsli idim. Ona görə də bir az biclik işlətdim. Belə ki, həyətdə maşının silinməsi səhnəsini məşq edərkən tez-tez yuxarı baxdım. Rejissor Elxan Qasımov bunu tutdu və mənə dedi ki, niyə yuxarı baxırsan ? Dedim, guya işıqfora baxıram ki, birdən yaşıl işıq yanar, maşın gedər, sürücü pulumu verməz. Elxan Qasımov bunu bəyəndi və ondan sonra filmə məni çəkdi.
Filmə çəkiləndə 11 yaşım olardı. Elə bilirdim ki, birsaatlıq filmi elə bir saata çəkib qurtarırlar. Nə bilim ki, bir saatlıq film 4 aya çəkiləcək. Çəkilişin bu qədər uzanması məni çox yormuşdu. Hətta film çəkilişləri zamanı əməlli-başlı xəstələndim də. Eyni zamanda, “Biz qayıdacağıq”ın bir səhnəsində uşaqlar məni döyməli idi. Sən demə, Elxan Qasımov işarə edib ki, doğurdan döyün ki, təbii alınsın. Həm də məni döyənlərdən biri də dostum idi. Çəkilişi saxlatdırıb şikayət edirdim ki, Elxan müəllim, doğurdan döyürlər e məni.”
Pərvaz "Muğam-2005" telemüsabiqəsinin ilk qaliblərindən biridir. 14 yaşından prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın işgüzar səfərləri ilə bağlı ABŞ-da, Almaniyada, Rusiyada, Fransada, İtaliyada və s. ölkələrdə konsert proqramları ilə çıxış edib. Mərakeşdə “Ümumdünya Musiqi Festivalı”-nda Azərbaycan təmsilçisi kimi qalib olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif