Bu gün AZXEBER.COM-a müsahibə verən "İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) layihələr üzrə meneceri İmam Quliyev "Tvitter"də cavab verəcəyəm" videosu haqda "Bu müxalif fikirli gənclərin dözümsüzlüyünün və qərəzliliyinin pərdələnmiş formada nümayişi idi" deyib.
AZXEBER.COM portalı məsələylə bağlı "Tvitter"də cavab verəcəyəm" videosunun müəllifi Mehman Hüseynovdan münasibət öyrənib. O portalımıza açıqlamasında deyib: “Əslində, bu video elə dözümlülüyün nəticəsidir. Heç bir hərəkətini bilməyən, 20 mindən çox üzvü olan təşkilatın baş katibinin məsuliyyətsiz, qeyri-etik, təhqir elementi olan fikirinə qarşı təhqir dolu video hazırlansaydı bu dözümsüzlük olardı. Əsl qərəzlilik hadisənin səbəbkarını yox, qeyri-etik fikrə münasibət bildirənləri qınamaqdır. Bir daha qeyd edirəm ki, biz Rauf bəydən fərqli olaraq heç bir təhqirə yol verməmişik”.
Xatırladaq ki, 2-4 sentyabr tarixində Nabranda keçirilən "Bloqosfer-2011" Bloqçuların və Yeni Media Mütəxəssislərinin Forumunda "İrəli" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev şəxsi "Tvitter" səhifəsində "Klounada başlayır" sözlərini yazmışdı, bunun səbəbini soruşada isə Mərdiyev "Bu suala Tvitterdə cavab verəcəyəm" cavabını vermişdi. Forum iştirakçıları bundan sonra "Tvitterdə cavab verəcəyəm" videosunu hazırlamışdı.