"Biz sizi unutmayacağıq" (KÖŞƏ)

KÖŞƏ
09:49 30.04.2011
2167

Bu zaman dəhlizdən güllə səsləri gəlməyə başlayır. Heç kəs nə baş verdiyini anlamır. Tələbələr, müəllimlər ateş səsi gələn tərəfə şığıyırlar. Bir nəfər əli silahlı şəxs qarşısına çıxan hər kəsi güllələyir, sonda isə vəziyyətin çıxılmaz olduğunu anlayıb, son gülləni özünə vurur. Hadisə nəticəsində 13 nəfər ölür, 13 nəfər isə yaralanır.

Bu 30 aprel günü Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin qısa məzmunudur. Hadisə nəticəsində ölənlər içərisində hər nəsildən, hər təbəqədən olan vətəndaşlar var idi. 

Hər səhər öz qatığını satıb 5-10 manat qazanmaq istəyən xala, bu xaladan qatığı alıb yemək hazırlayan bufetçi, uzaq Afrikadan Bakıya təhsil dalınca gələn genc, bütün ömrünü təhsilə sərf edən prorektor və nəhayet gələcək planlarını qurmağa çalışan telebelər. Bunlar hamısı faciənin qurbanı oldular. Səhər öz övladını ağ köynəklə universitetə göndərən analar, elə həmin günün axşamı öz şirin balalarını ağ kəfənlə dünyadan yola salırdılar. Həmin tələbələr səhər dərsə gedərkən öləcəkləri heç ağıllarına da gelməzdi. Onlar sevirdilər, sevilirdilər, gələcək planlarını qururdular amma bir dəqiqənin içində hərşey dəyişdi, onların bütün arzuları, ümidləri puç oldu. Onlar günahsız yerə qətlə yetirildilər. 

Universitetə girməklə valideynlərinə xoşbəxtlik bəxş edən gənclər, bir andaca onları bədbəxt etdilər. Ömürlərinin axırınadək analarını gözüyaşlı, atalarını boynubükük buraxdılar. 

Biz heç vaxt 30 aprel gününü unutmayacağıq. Həmin tələbələrin yerinə hər birimiz ola bilərdik. Unutmayaq ki, heç kim terrordan siğortalanmayıb. Əminliklə deyə bilərəm ki, həmin günü, həmin gəncləri, həmin tələbələri, dostlarımızı unudan və unutdurmağa çalışan hər bir kəs qarşısında Azərbaycan gəncliyini görəcək.

Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var