'Biz sübut etməliyik və edəcəyik ki, müsəlman dünyasında inkişaf, müasirlik, mərhəmət və səbr var'

Bütün Xəbərlər
21:27 20.11.2012
1536

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi münasibətilə təşkil edilmiş qəbulda Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyev çıxış edib.

Müasir qlobal dünyanın mürəkkəblikləri və tələbləri məsələsinə toxunan, Qərbin bir sıra ölkələrində cəmiyyətin radikal ideyalarının meydana gəlməsinə təkan verən çətin iqtisadi vəziyyətin yaranmasını qeyd edən Prezident Azərbaycanın Qərb ilə Şərq arasında birləşdirici bağ kimi, həm də islam mədəniyyəti dünyasının bələdçisi qismində oynadığı rolun əhəmiyyətini vurğulayıb. Azərbaycanın nailiyyətlərini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi kontekstində ölkənin, bölgənin əsas qüvvəsi kimi artan nüfuzunu qeyd edən Prezident bildirib ki, Ermənistan təcavüzkar ölkə kimi tədricən öz mövqelərini itirməkdədir, həm də dərk edir ki, Azərbaycan tarixi faktlar, beynəlxalq hüquq və müasir dünya həqiqətləri nöqteyi-nəzərindən öz mövqeyini qətiyyətlə müdafiə edir. Bu çıxışın tədbirdə səslənən ideyalar kontekstindən vacibliyini nəzərə alaraq, dövlət başçısının nitqində səslənən bəzi məqamların üzərində daha konkret dayanmaq və Prezidentin vurğuladığı başlıca tezislərin məğzini açmaq istərdim. Ermənistanın gələcəyi Prezident qeyd edib ki, bu gün Ermənistanla Azərbaycan arasındakı uçurum...gündən-günə daha da dərinləşməkdədir. Azərbaycan ildən-ilə güclənir və möhkəmlənir. Ermənistan isə illər keçdikcə daha da zəifləyir və tənəzzül edir. Buna əyani sübut kimi ölkədən insanların kütləvi şəkildə çıxıb getməsini, Ermənistanı tərk edərək digər ölkələrə mühacirət etməsini göstərmək mümkündür. Belə ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən, Ermənistandan mənfi miqrasiya saldosu 2012-ci ilin birinci rübündə 28,098 min nəfər təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün 20,392 min nəfərlik göstəricisindən çoxdur. Ümumilikdə, Ermənistanda beynəlxalq təşkilatların məlumatlarına əsasən, əhali 1 milyon 900 min nəfərdən çox deyil. Eyni zamanda, sözügedən miqrasiya göstəricilərinin arxasında Ermənistanın yoxsulluq və miskinlik həqiqətləri dayanmaqdadır – ölkənin depopulyasiyası öz potensialının həyata keçirilməsi üçün bəsit şəraitin olmaması, şəxsi biznesin inkişaf etdirilməsi perspektivinin yoxluğu, korrupsiya və rüşvətxorluğun tüğyan etməsi, deputat-oliqarxların özbaşınalıqları, məhkəmə-hüquq orqanlarında yerlibazlıq və harınlıq halları nəticəsində baş verib. Həm də ki, Ermənistandakı hakim rejim öz şəxsi mənafelərinə görə ölkənin və xalqın gələcəyini qurban verməyə də hazırdır. Halbuki, məhz Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə irrasional yanaşma nümayiş etdirməsi səbəbindən Ermənistan Azərbaycanın iqtisadi təzyiq obyektinə çevrilib. Lakin belə bir sual yaranır: öz meşşan maraqları üçün Ermənistan cəmiyyətini parlaq gələcəkdən məhrum edən Ermənistan isteblişmenti bu vəziyyəti daha nə qədər  irəlilətmək fikrindədir? Çünki belə bir yanaşma həm daxili siyasi, həm də geosiyasi amillər baxımından bir daha Prezidentin nitqində söylədiyi fikirlərdə öz təsdiqini tapır: “Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət kəsb etmir. O, faktiki olaraq, müstəmləkədir, forpostdur, xaricdən idarə olunan və vaxtilə Azərbaycanın qədim torpaqları üzərində süni surətdə yaradılmış ərazidir”. Bu sadəcə olaraq, faktların ard-arda sadalanması deyil, bu həm də Ermənistanın sıravi vətəndaşlarının nəzərinə çatdırılan məqamdır. Belə ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan dünya arenasındakı nüfuzundan və malik olduğu ehtiyatlardan istifadə etməklə, Ermənistana həm dünya iqtisadi böhranının, həm də savadsız idarəçiliyin doğurduğu maliyyə iflası, həmçinin Ermənistan dövlətçiliyinin özünün süquta uğradılması kimi fəsadlardan sonra yenidən tam şəkildə bərpa olunmasına köməklik göstərmək iqtidarındadır.   Təəssüflər olsun ki, Ermənistan cəmiyyəti öz ölkəsinin uzağı görməyən, kasad rəhbərliyinin və erməni diasporunun ambisiyalar güdən, qeyri-sağlam nümayəndələrinin güdazına getməkdədir. Beləliklə, Ermənistanın hazırkı tarazlaşdırılmasının fəsadlarını da, ölkəni uçurumun kənarına gətirən səbəbləri də Ermənistanın özündə, erməni cəmiyyətinin ideologiyasında axtarmaq lazımdır - bu amil Ermənistanın bölgənin geoiqtisadi sxemində tam və layiqli şəkildə inteqrasiya oluna bilməsi üçün mövcud olan yeganə maneədir. Bu ideologiya elə indiki gün mövcud olduğu şəkildədir – bu ideologiya günahsız insanların, köməksiz qadınların və uşaqların hansısa mifik və mücərrəd siyasi ideyalar ucbatından öldürülməsinə haqq qazandıran ideologiyadır və o, Ermənistanı hal-hazırda çıxılmaz vəziyyətə düçar edib. Hal-hazırda Azərbaycan nəhəng təsir arsenalının iki növündən olan vasitələrdən istifadə etməkdədir – bu Ermənistana Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məqsədilə iqtisadi və diplomatik təzyiqin göstərilməsidir. Potensialda digər təzyiq vasitələri də mövcuddur, bunlar ölkənin ərazi bütövlüyünün qeyri-hərbi yolla bərpa edilməsi üsullarıdır. Prezident İlham Əliyev “Orta təcili və çox təcili perspektivlər baxımından, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi heç kimdə şübhə doğurmur. Nə bizdə, nə də bu məsələ ilə məşğul olan vasitəçilərdə” deyərkən, məhz bu məqamı vurğulayıb. Qlobal islamofobiyada maraqlı olan kimdir? Prezident İlham Əliyev öz nitqində heç də az vacib olmayan digər amili də vurğulayıb: ölkəmizin sabit iqtisadi və siyasi inkişafı gələcəkdə bölgənin Avroatlantika məkanına inteqrasiya etməsinə təkan verəcək. Bununla yanaşı, ümid etmək olar ki, inteqrasiya ilə yanaşı, elmi, mədəni və siyasi mübadilə nəticəsində hələ də Avropada müsəlman ölkələrinə qarşı münasibətdə rast gəlinən qərəzli mövqeyin aradan qalxması labüdlüyü yaranacaq. Məhz buna görə, Azərbaycan Prezidenti qeyd edib ki, “gənc, dinamik şəkildə inkişaf edən, heç kimdən asılı vəziyyətdə olmayan, müstəqil və azad siyasət yürüdən müsəlman ölkəsi olan Azərbaycan... problemə çevrilib, daha doğrusu, onların stereotiplərinə uyğun gəlmir. Onların stereotipləri isə ondan ibarətdir ki, müsəlmanları dünyada geridə qalmış xalq kimi göstərsinlər”.   Bu bəyanat təkcə Avropada multikulturalizm siyasətinin süquta uğraması və bəzi qrupların Avropa cəmiyyətində qərb və müsəlman dünyasının arasında ziddiyyətlərin yaradılmasına nail olmaq yolu ilə millətçilik əhvalının gücləndirilməsinin iflasa uğraması nöqteyi-nəzərindən yox, həm də Yaxın Şərqdə yeni sabitlik nizam-intizamının formalaşması baxımından vacibdir. Məhz bu barədə danışarkən, eləcə də belə təxribat xarakterli karikaturaların və videoların yayılması cəhdlərini vurğulayan Prezident bildirib: “Biz bütün bunların əsasında nəyin dayandığını bilirik. Bu, sadəcə olaraq hər hansı qəzetin təşəbbüsü və ya sərt addımı deyil. Bu, dünyada müsəlmanlar haqqında mənfi rəyi daha da möhkəmləndirmək və artırmaq üçün zaman-zaman atılan təxribat mahiyyətli addımlardır”. Çünki Qərbdə son bir neçə ildə islamofobiya təcrid olunmuş qruplaşma ideologiyasından az qala cəmiyyətdə ən çox yayılan meylə çevrilmiş iri miqyas aldı. Məhz islamofobiya sayəsində müsəlmanlar dünyada get-gedə daha çox “yad” kimi qəbul olunurlar. Ötən ilin sonlarından etibarən bu anlayış möhkəmcəsinə siyasi lüğətə daxil edildi ki, bu da Qərb ölkələrinin yerli əhalisinin artan mühacirət dalğası və müsəlman ölkələrindən gələnlərin Avropa cəmiyyətinə inadla inteqrasiya etmək istəməməsinə mənfi reaksiyasını ifadə etmiş oldu. İslamofobiya demoqrafik istiqamətlərdən də yarana bilər ki, bunun da tolerant Avropanı qorxutduğu istisna deyil. Çünki rəqəmlər onu göstərir ki, 2030-cu ilədək Avropada müsəlnamların faiz nisbəti 8%-ə çatacaq. Məgər bu rəqəm tolerant Avropa üçün qorxuducudur? Bu gün məhz Avropada mühacirlərin müxtəlif “qetto”larda toplanmasının başverməsinə baxmayaraq, eyni zamanda tamamilə aydındır ki, bu mühacirlər əməli olaraq “sosial lift”lərdən məhrumdurlar. Beləliklə, Avropa islamofobiyası vəziyyəti daha da dərinləşdirir və multikulturalizmin məhvini gücləndirir. Ona görə, islamofobiyanı Azərbaycan dövlətinin ikinci düşməni qismində qeyd edən prezident bildirib: “Biz sübut etməliyik və edəcəyik ki, müsəlman dünyasında inkişaf, müasirlik, mərhəmət və səbr var, o şey ki, halbuki bu, artıq bəzi ölkələrdə yoxdur”. Ümumdünya insan haqları bəyannaməsi və insan haqları barədə beynəlxalq paktlarda fikir, vicdan, din və ya etiqad azadlığı qanunları və hüquqları qarşısında ayrı-seçkiliyin olmaması və bərabərlik prinsiplərinin ifadə olunduğunu nəzərə alsaq demokratik bir dövlətdə islamofobiya kimi dözülməzliyə yer yoxdur. Təəssüf ki, biz tez-tez bunun əksi ilə - bu vəya digər dövlətdə islamofobiyanın mövcudluğu fonunda insan haqlarının pozulması hallarının ikiüzlü şəkildə pislənməsi ilə qarşılaşırıq. Belə çıxır ki, insan haqları çoxdan bir alətə çevrilib, gərək olanda siyasi masanın ən uzaq qutusuna atılır, bəzən zərurət yarandıqda isə bu və ya digər ölkədə həmin bu haqların tapdandığını və təcili olaraq həmin ölkəni “demokratikləşdirmək” lazım olduğunu bəyan edərək onları yerindən tərpətmək olar. Məhz islamofobiya İslam mədəniyyətini mənfi şəkildə təqdim etmək cəhdi kimi dəyər və təfəkkür tiplərinin toqquşmasına, İslamın “demokratik” Qərb ilə müqayisədə dözümsüzlükdə və irtica keçmişin təcəssümü kimi ittihamlara gətirib çıxarır. Bir sıra ölkələrin siyasi elitaları daxili qəzəblərini başqa bir istiqamətə çevirirlər, daxili düşmən obrazı yaradılır. Uzun müddət bu məqsədlə antisemitizm istifadə olundu, indi onu islamofobiya əvəz edir. Məhz islamofobiya qeyri-sağlam cəmiyyətin simptomudur. Burada sosial-iqtisadi polyarizasiya, yaşlı passiv-loyal əksəriyyət ilə gənc radikal azlıq arasında zidiyyətlərin dərinləşməsi mövcuddur. Avropanın bugünü Tamamilə aydındır ki, Avropada iqtisadi böhran güclənməkdədir ki, bu da özünü təkcə işsizlik səviyyəsinin artmasında deyil, həm də dünyanın aparıcı ölkələrinin suveren borc həcmlərinin artmasında, dünyada istehsal, idxal və ixrac həcmlərinin artan templərinin azalmasında, beynəlxalq valyuta əməliyyatları həcminin azalmasında, həmçinin müxtəlif beynəlxalq agentliklər tərəfindən banklar, korporasiyalar, hətta bir sıra ölkələr və onların regional qurumlarının reytinqlərinin aşağı salınmasında biruzə verir. 2012-ci ilin ikinci rübünün sonunda avrozonada dövlət borcu və ÜDM nisbəti birinci rübün sonlarında qeydə alınan 88,2%-lə müqayisədə 90% təşkil edib. Ötən ilin ikinci rübündə bu əmsal 87,1% səviyyəsində olub. Dövlət borcunun 78,6%-i borc qiymətli kağızları, 18,6%-i isə kreditlər qismində qeydə alınıb. Dövlət borcu ilə ÜDM-nın ən yüksək nisbəti Yunanıstanda (150,3%), İtaliyada (126,1%), Portuqaliyada (117,5%) və İrlandiyada (111,5%) qeydə alınıb. Məhz buna görə, prezident qeyd edib ki, “populist vədlər verərək bir-birini əvəz edən hakimiyyətlər, uzun illərərzində heç bir iqtisadi əsasları olmadan böyük vəsaitlər sərf ediblər, borca giriblər, daha sonra isə onları qaytara bilməyiblər, faktiki olaraq gələcək nəsillərin “cibinə giriblər” və böyük məbləğdə borc ediblər”. Nəticədə xüsusilə də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın inkişaf perspektivlərinin pisləşməsi, əhəmiyyətli dərəcədə məşğulluq sahəsində davam etməkdə olan böhran ilə əlaqədardır, çünki işsizlərin sayının artması alıcı tələbatı səviyyəsinə təsir göstərir, dövlət büdcəsi kəsirini və cəmiyyətdə sosial gərginliyi artırır. Bu gərginlik bir sıra ölkələrdə prezidentin “Dünyada özünü layiqli aparmağa sadəcə vərdiş etməyən dairələr var. Onlar vərdiş ediblər ki, həmişə koloniyalar, metropoliyalar olsun. Onlar bu təfəkkürlə yaşayırlar. Onlar necə deyərlər, həmişə öz ləyaqətini saxlayan, heç kimin qarşısında əyilməyən, müstəqil siyasət aparan ölkə görəndə, bu onların bəziləri üçün problemə çevrilir. Və bu mərkəzdən bizə qarşı hücumlar, təzyiqlər başlayır” haqqında növbəti tezisinə gətirib çıxarır. Təəssüf ki, təcrübə göstərir ki, biz müasir dünyada təkcə bu və ya digər məsələlər üzrə “ikili standartlar”ın tez-tezşahidi olmuruq, həm də BMT qətnamələrinin bir neçə saat ərzində icra olunduğu bir halda, digər qətnamələrinin 20 ildən də artıq bir müddətdə icra olunmadığını, ya da regional oyunçulardan birinə təzyiq götərilməsi məqsədi ilə başqa ölkələrin media imkanlarının bütün qaynaqlarından istifadə etməkdən başlayaraq etnosiyasi münaqişənin nizamlanması prosesinin yeni dalana və tilsimə salınması cəhdlərinədək istifadə olunduğunu görürük.   Bütün bunlar və bir çox başqa şeylər, bir daha Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə söylədiyi və milli inkişaf strategiyasının uğurunu təmin etmək iqtidarında olan fəal hücum mahiyyətli xarici siyasətinin vacibliyini nəzərə çatdırır.

OXŞAR XƏBƏRLƏR