“Biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq”

“Biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq”
SİYASƏT
21:30 23.11.2019
25302
"Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır". 
 
AZXEBER.COM xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində çıxışı zamanı deyib. 

"Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni "Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm", - deyə Mehriban Əliyeva qeyd edib.

Birinci vitse-prezident vurğulayıb ki, bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur: "Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir. Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
16:10 13.10.2026
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ