Bizi birləşdirən Muğam - VİDEO

MARAQLI
14:37 22.05.2012
1600
“Mugam” Radiosu “Bizi birləşdirən Muğam” mövzusunda videoreportaj təqdim edir.“Mugam” Radiosunun koordinatoru Emil Nəsirovun verdiyi məlumata görə, layihədə məqsəd insanların muğama olan diqqətini və sevgisini daha da artırmaqdır.Layihədə , rok, rep, raqa və elektron musiqi janrlarının nümayəndələri muğam haqqında fikirlərini bildiriblər.“Mugam” Radiosu atıq 3 ilə yaxındır ki fəaliyyət göstərir. Və bu illər ərzində Azərbaycan muğamını dünyaya 24 saat yayımlamaqla təbliğ edir. Muğam Azərbaycanın mədəniyyətini əks etdirən musiqi incilərindən biridir. Əvəzolunmaz musiqimizi təbliğ edib, inkişaf etdirmək bizim borcumuz və məqsədimizdir. Layihəyə gəldikdə isə, bu olduqca vacib və çox maraqlıdır. Əsas məqsəd tək Azərbaycanın deyil, bütün dünyanın muğama olan diqqətini və marağını artırmaqdır. Düşünürəm ki, bu layihə müasir musiqiyə üstünlük verən hər bir gəncin muğama olan diqqətini daha da artıracaq. Nəzərə alsaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar dünyanın diqqəti Azərbaycana yönələcək, layihə tamaşaçıların muğamın tanınmasına səbəb olacaq.”- deyə E.Nəsirov vurğulayıb.Qeyd edək ki, layihənin ideya müəllifi və rejissoru “Mugam” Radiosunun koordinatoru Emil Nəsirovdur.
OXŞAR XƏBƏRLƏR