“Bizi şantaj eləməsinlər” - İcra başçısının müavini

“Bizi şantaj eləməsinlər” - İcra başçısının müavini
Bütün Xəbərlər
15:55 04.08.2014
988
Rəşad Cəbrayılov: “Həmin sahibkar qanunsuz tikinti aparırsa…”
Son günlər bəzi mətbuat orqanlarında Salyan rayonunda özbaşnalıqlar hökm sürdüyü və tikinti terroruna yol verildiyi ilə bağlı rayon sakinlərinin adından şikayət məktubları dərc olunur.
Şikayət məktublarında qeyd olunur ki, rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərə tikinti işləri aparmaqda ciddi problemlər yaradır.
Sakinlər bildirir ki, onlar qanuni yolla rayon ərzisində torpaq alsalar da, tikinti işləri apara bilmirlər. Rayon icra başçısının Səlyan şəhəri üzrə ərazi nümayəndəsi
Kamil Əzizovun rüşvət tələb etdiyini, əks halda sakinlərin başına oyun açdığını iddia edən sakinlər problemləri həll edilməsə, aksiya keçirəcəyini bəyan edirlər.
AZXEBER.COM Editor.az- a istinadən xəbər verir ki, sakinlərin şikayəti ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Səlyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Portalımıza açıqlamasında Səlyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov bildirib ki, bu şikayət anonim adla yazılsa da, müəllifin adını bilirlər: “Biz bilirik bu adam kimdir. O, indiyə qədər dəfələrlə bizimlə bağlı qara-piar kampaniyası aparıb. Qanunsuz olaraq rayon ərazisində tikinti aparmaq istəyir. Buna imkan verilmədikdə bizi şantaj etməyə, ləkələməyə çalışır. Bu iddialar tamamilə əsassız və saxtadır. Mən buradan üzümü həmin müraciət müəllifinə və ona dəstək verən mətbuat orqanlarına tubub demək istəyirəm ki, bizi şantaj eləməsinlər”.
Səlyan rayon İcra Hakimiyyətinin bununla bağlı təkzib yaydığını deyən icra başçısının müavini mətbuat orqanlarını obyektiv araşdırma aparmağa çağırdı.
OXŞAR XƏBƏRLƏR