‘Bizim bəzi siyasətçilər parlament və ya prezident seçkiləri üçün utanmadan digər ölkələrdən pul alırlar’- MÜSAHİBƏ

‘Bizim bəzi siyasətçilər parlament və ya prezident seçkiləri üçün utanmadan digər ölkələrdən pul alırlar’- MÜSAHİBƏ
Bütün Xəbərlər
10:25 06.03.2012
1450

“Ey, bizim qırğızlara sataşmayın! Gözlərinizi açın! Lakin görürsünüz ki, bəzi prezidentliyə namizədlər deyirlər ki, asiyalılar Rusiyaya ancaq küçələri süpürmək üçün lazımdır”

“Onların pul vahidi ("деньги") sözü isə “tenqa” ("теньга") sözündən götürülüb, bu bizim sözdür, türk sözüdür...” Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib. AZXEBER.COM-un “Regnum” saytına istinadən verdiyi xəbərə görə, ötən ilin oktyabrın 30-da prezident seçilən Atambayev yerli telekanallara verdiyi müsahibələrində də Rusiya ilə bağlı tutduğu sərt mövqeyinə sadiq qalıb. Müsahibəni ixtisarla təqdim edirik: Jurnalist :Moskvaya səfəriniz zamanı siz iki hərbi baza haqqında danışmışdınız. Onlar Qırğızıstanın inkişafına mane olur? Atambayev: Sözsüz. Qırğızıstanı öz ordusu, öz sərhədçiləri qorumalıdır. Məgər kiminsə bazası bizi qoruya bilər? Bəlkə, tam tərsinə, nə vaxtsa bizə hücum edəcək? Axı hər bir ölkənin öz maraqları var... Ötən iki il ərzində bizim nə qədər mübahisələrimiz, razılaşmalarımız oldu... Bax bu dəfə də mən Putinlə, daha sonra Medvedevlə təxminən iki saata yaxın söhbət etdim. Biz çox mübahisə etdik. Lakin Qırğızıstan müstəqil ölkədir. Onlar buna anlamalıdırlar. İlk növbədə, biz özümüz bunu dərk etməliyik: fikirləşməməliyik ki, biz kiminsə xətrinə dəymişik, indi bizə necə münasibət bəsləyəcəklər, və sair... Biz kiminsə köləsi deyilik. Siz ki bilirsiniz, bizim bəzi siyasətçilər parlament və ya prezident seçkiləri üçün utanmadan digər ölkələrdən pul alırlar... Jurnalist:“Manas”dakı Amerika hərbi bazasının 2014-cü ildən sonrkı taleyi praktiki olaraq həll olunub. Bəs Kantdakı Rusiya hərbi bazasının taleyi necə olacaq? Atambayev: :Mən prezident seçilməmişdən bir il əvvəl onun istifadə müddəti beş ilə uzadılmışdı. Lakin mən ruslara dedim ki, onlar dörd ildən artıqdır ki, icarə haqqını ödəmirlər. Bu isə amerikalıların ödədiyi məbləğdən olduqca azdır. Bu bazanı yaradanda ruslar söz vermişdilər ki, onlar qırğız pilotlarını öyrədəcəklər. Mən dedim: “Ey, əgər razılaşma iki tərəf arasında imzalanıbsa hər iki tərəf öz şərtlərini yerinə yetirməlidir”. Məsələn, biz razılaşdıq ki, biz işıq, su, telefon danışıqlarının haqqını ödəyəcəyik... Belə bir şey dünyanın heç bir yerində yoxdur... Keçən il, biz 22 milyon som ödədik, lakin baza öz öhdəliklərindən heç birini yerinə yetirmədi. Mən sual verdim, bizə belə bir baza lazımdırmı? Mən bütün sənədləri göstərdim və dedim ki, iş belə davam edə bilməz. Dedilər ki, onların hələ beş illəri var, qoy düşünsünlər... Və sonra, qırğızlar, qırğızıstanlılar heç kim üçün “dayaq” olmamalıdırlar. Belə bir məsəl var: “Kim ki öz ordusunu yedizdirə bilmir, özgələri yedizdirəcək”. Biz öz ordumuzu yedizdirməli və onu gücləndirməliyik. Kantdakı bazanın borcu təxminən 15 milyon dollardır. Biz bu pulları bütünlükdə Müdafiə Nazirliyinə ötürəcəyik... Qırğızıstan özünü təmin edə bilən və qoruyan bir ölkəyə çevrilməlidir. Məsələn, Danimarkada 5 milyon insan, Qətərdə isə cəmi 1milyon insan yaşayır. Lakin onlar lazım gələndə Avropa İttifaqına yardım edirlər... Bizdə isə beş milyon yarımdır. Bizim nizam-intizamdan, birlikdən və sakitlikdən başqa hər şeyimiz var. Əgər Allah qoysa, xalq bunu aydınlaşdıracaq, əgər sülh və sabitlik olacaqsa, oğurluğu və talanı dayandıracağıqsa, biz Qətərdən pis olmayacağıq. Panfilov diviziyası Qırğızıstanda formalaşdırılmışdı! General Panfilov Qırğızıstan SSRİ-nin hərbi komissarı olmuşdu. Mən bütün bunları moskvalılara xatırlatdım: “Ey, bizim qırğızlara sataşmayın! Gözlərinizi açın!” İndi Manasdan Altaya kimi... Orada bir qırğız varmı? Xatırlatmaq lazımdır axı, ora bizim torpaqlarımız olub. Lakin görürsünüz ki, bəzi prezidentliyə namizədlər deyirlər ki, asiyalılar Rusiyaya ancaq küçələri süpürmək üçün lazımdır. Mən həmin namizədə dedim ki, o, pula sitayiş edir. Onların pul vahidi ("деньги") sözü isə “tenqa” ("теньга") ssözündən götürülüb, bu bizim sözdür, türk sözüdür... Niyə görə Manas atanın abidəsi Moskvada qurulub? Çünki orada 100 min qırğız var. Moskvada yaşayan qırğızlar öz vaxtlarında Moskvanı saxladılar... Mən təkcə Putinə və Medvedevə, həm də sadə moskvalılara müraciət etdim ki, qırğızlara yaxşı münasibət bəsləsinlər... Mən bunu milyonlarla bizim oğlan və qızlarımız deyirəm ki, ruslar qırğızlara başqa gözlə baxmağa başlasınlar... Kim isə düşünə bilər ki, Manas abidəsini özüm üçün qoyuram. Mən nə vaxtsa gedəcəyəm, lakin Manas atanın ruhu bizim igidlərə Moskvada, Sibirdə olacaq, əgər lazım gələrsə Türkiyədə də kömək edəcək. Axı qırğız xanlığının sərhədləri belə idi – Sibirdən Xəzərə kimi... Nə vaxtsa belə böyük əraziyə sahib olan qırğızlar bu gün kiçik bir parça torpaqda mövcud olmağa məcbur olublar. Hələ bu kiçik Qırğızıstanda da biz keçinə bilmirik. Buna görə də mən qırğızların şərəf və ləyaqətini oyatmaq və güclü bir dövlət yaratmaq istəyirəm.

OXŞAR XƏBƏRLƏR