"Bu da son!", yaxud superyapışqanlı virtual TOR...Elə özüm də qeydiyyata düşdüyüm bu Feysbuk e-dünyasında 2009-cu ildən iki dəfə yazıb virtual aləmdəkilərə "xox" gelmişəm: "Bu da SON!"..İndi də 5000 minlik e-tanışlarımın arasında ən azı hər gün 2-3 nəfəri yazır bu sözü və görürsən ki, bir həftədən sonra yenə burdadılar...…Qayıdacaqlar, əlbəttə, narahat olmayın: bu virtual sosial şəbəkə - e-tor superyapışqanla ruhumuza elə pərçimlənməyib ki, kimisəni buradan rahat buraxsın...Əslində nə qədər ağrılı olsa da, anlamalıyıq: çağdaş insan sosial elektron həyatsız daha normal sivil insan sayıla bilməz...Burada bütün çərçivələr - cins, millət, etnik, dil (elektron tərcümə proqramlarını ona görə yaratdıq), irqi, dini və b. - iki amillə tabedir: istifadəçi ya intellektual və kreativdir, ya da səviyyəsiz və qeyri-sivil (kəndoş da demək olar)!..Azərbaycandilli İnternet resurslarına, sosial şəbəkədəki insanlarımıza baxanda səviyyəmiz göz önünə gəlir: adam ağlaya-ağrıya düşünür - BİZ NƏ GÜNDƏYİK?!P.S. Əzizlərim, bəndənizi təbrik edin: elə mən də sizin səviyyənizə qalxmaqdayam!