“Bizim TV” Tamaşaçılar Şurası yaradıldı

“Bizim TV” Tamaşaçılar Şurası yaradıldı
MEDİA
09:39 14.12.2011
2273

Bir qrup tanınmış elm və sənət adamını, hüquqçu və jurnalisti, memar və mühəndisi, müxtəlif tamaşaçı kəsimlərini birləşdirən “Bizim TV” Tamaşaçılar Şurası yaradıl ıb. Var.az saytının məlumatına görə, “Bizim TV”çilər Azərbaycan TV-lərinə baxanların sayının durmadan azalmasından rahatsız olduqlarını dilə gətiriblər.

Təşəbbüs Qrupunun başlıca məqsədi vətəndaşlara bəşəri dəyərlər və örnək davranışlar aşılayan, ölkənin ən müxtəlif kəsimlərinin siyasi, sosial və mədəni bilgilərə tələbatını ödəməyə qadir olan TV-lərin oluşmasıdır.

Media Hüququ İnstitutunda gerçəkləşdirilən ilk toplantıda tamaşaçıları maarifləndirmək, ictimai monitorinq və sosiloji araşdırmalar aparmaq, teleauditoriyanın istəklərini bildirmək, telefəaliyyəti çağdaş sosial və hüquqi normalara uyğunlaşdırmaq üçün Açıq İctimai Şura yaradılması qərara alınıb.

OXŞAR XƏBƏRLƏR