“Biznes jurnalistika layihəsi”nin ikinci mərhələsi yekunlaşdı - FOTOLAR

GƏNCLİK
19:10 08.01.2015
3195
“Paşa bank” və “British Council”in təşkil etdiyi “Biznes jurnalistika layihəsi”nin 2-ci hissəsi başa çatıb.
Birinci sessiyası dekabrda baş tutan təlimlərdə ölkənin müxtəlif media qurumlarına mənsub 11 peşəkar jurnalist iştirak edib. Təlimlərdə Birləşmiş Krallıqdan dəvət edilən təcrübəli təlimçi Dan Mason müxtəlif mövzuları tədris edib. Jurnalistlərə əsasən müasir texnologiyalardan istifadə edərək informasiyanın əldə edilməsi və ötürülməsi, foto jurnalistika, video sujetlərin hazırlanması, sosial şəbəkələrdən məqsədyönlü istifadə bacarıqları öyrədilib. Təlimin növbət mərhələsi fevral ayında baş tutacaq. Proqram çərçivəsində biznes jurnalistika təlimi ilə yanaşı “Britisih Council” jurnalistlərə ingilis dili kursları da təşkil edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycanda medianın inkişafına “Paşa Bank” və “British Council” tərəfindən töhvə vermək, jurnalistlərin bacarıqları, peşəkar vərdişləri və dil biliklərinin artırılmasıdır.
Qeyd edəki, üçüncü təlim sessiyası 21-25 fevral tarixlərində baş tutacaq. Bakıda 3 təlim sessiyasını uğurla başa vuran iştirakçılar Böyük Britaniyada “Thomon Foundation” təşkilatının təşkil etdiyi təlim proqramında iştirak edəcəklər. Səfər çərçivəsində dünyanın aparıcı media qurumlarında peşəkar jurnalistlərlə görüşlər keçiriləcək.
Aysel Fərziyeva

OXŞAR XƏBƏRLƏR