AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxt Bakı ilə müqayisədə regionlarda kredit şərtlərinin ağır, faizlərin isə yüksək olduğu görünür.
İqtisadçı Xalid Kərimlinin fikrincə, banklar bölgələrdə kredit verərkən daha ehtiyatlı davranırlar. Buna səbəb isə əhalinin gəlirlərinin sabit olmaması və şəffaflıq dərəcəsidir.
Problemin digər bir tərəfi isə girov təminatı ilə bağlıdır.
Beləliklə, həm gəlirlərin mövsümi olması, həm də girovun aşağı likvidliyi regionlarda kredit faizlərini yuxarı çəkən əsas amillərdir. Ekspertlərin fikrincə, hazırda vəziyyətdən yeganə çıxış yolu isə dövlət xətti ilə verilən güzəştli aqrar və biznes kreditləridir.











































