Süni intellekt (Sİ) sənayesinin maliyyələşdirilməsi üçün kredit bazarının imkanları öz həddinə yaxınlaşır.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, süni intellekt infrastrukturlarının qurulması üçün buraxılan istiqrazlar və verilən kreditlər üzrə faiz dərəcələri ikirəqəmli həddə yüksəlib. Eyni zamanda, banklar yaranan riskləri sığorta şirkətlərinə və ya digər investorlara ötürməkdə getdikcə daha çox çətinlik çəkirlər.
"Citadel Securities” ticarət şirkətinin analitiki Taker Roberts bildirib ki, borcun həcmi bu qədər artdıqda əsas məsələ yüksək investisiya reytinqinə malik etibarlı zəmanətçi tapmaq deyil, zəmanətçilərin üzərinə düşən risklərin böyük hissəsini öz üzərinə götürməyə hazır olan real alıcılar tapmaqdır.
Agentlik qeyd edir ki, analitiklər hələlik süni intellekt sektorunda kredit böhranının qaçılmaz olduğunu düşünmürlər. Bununla belə, "Bloomberg”in sorğusunda iştirak edən 30-dan çox bankir və maliyyəçi bu sahəyə investisiya cəlb etməyin bir neçə ay əvvəllə müqayisədə xeyli çətinləşdiyini bildirib.











































