Dünən Amerika – Azərbaycan Təhsil Mərkəzinin konfrans zalında “Bloqosfer 2011″ – Bloqçuların və Yeni Media mütəxəssilərinin II forumuna hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Azər Nəzərov bildirdi ki, ötən il olduğu kimi bu il də sentyabrın 2 və 3-ündə layihə çərçivəsində bloqçular və internet mediasınin inkişafında maraqlı olan şəxslər Nabranda toplaşacaq: “Bu il keçiriləcək forum ötən ilkindən fərqli olacaq. Belə ki, bu il ki forumda təqdimatlar dinlənəcək. Təqdimatlar həm biznes strukturları tərəfindən , həm də müstəqil ekspertlər tərəfindən keçiriləcək. Əlbəttə ki, bir layihə çərçivəsində bir təşkilat bu sahədə mövcud olan bütün problemləri həll edə bilməz. Amma bu cür layihələri mütəmadi keçirmək lazımdır ki, problemli məsələlər öz həllini tapsın. Ötən il layihə iştirakçıları sonda təkliflər irəli sürdülər. Bu təkliflər arasında regionlarda internet sürətinin çox aşağı olması və o cümlədən, bloq və bloqçuların sayının az olması kimi problemlərin həll edilməsi kimi məsələlər var idi. Sevindirici haldır ki, bəzi irəliləyişlər var. Regionlarda bu son bir ildə bir sıra təşkilatlar bloqçuluqun inkişafi məqsədi ilə seminarlar, treyninqlər keçirib”.Onun sözlərinə görə, “Bloqosfer ” layihəsinin digər layihələrdən fərqi onun davamlı olmasıdır.Layihənin iştirak məsələləri üzrə koordinatoru İlqar Mirzə öz növbəsində bu il 3 dövlət strukturlarına təqdimatlarla əlaqədar təklif göndərdiklərini bildirdi. Bunlar Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnoloqiyaları Nazirliyi və Dilçilik İnstitudur. Hazırki günə gədər yalnız Təhsil Nazirliyi tədbirdə iştirak edəcəyini bildirib. Onun sözlərinə görə layihə təşkilatçıları daha çox dövlət struklarının foruma qatılmasında maraqlıdır.Qeyd edək ki, “Bloqosfer 2011″ forumu İnformasiya Texnologoyaları, İnternet və Media Təşkilatı, Barkamp Azərbaycan təşkilatı, Azərbaycan İnternet Forumunun təşkilaçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbir jurnalistlərin sualları əsasında müzakirə ilə başa çatdı.