BMT baş katibinin müavini Azərbaycana gələcək

BMT baş katibinin müavini Azərbaycana gələcək
Bütün Xəbərlər
17:22 31.10.2012
741
Bakıda VII İnternet İdarəçilik Forumu keçiriləcəkBMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 6-9 noyabr tarixlərində Bakıda VII İnternet İdarəçilik Forumu (İİF) keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, “Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması” mövzusunda təşkil olunan forumda BMT-nin İqtisadi və Sosial İşlər üzrə baş katibin müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture, 100-dək ölkəni informasiya və kommunikasiya texnologiyaları üzrə təmsil edən hökumət rəsmiləri və 1500-dən çox nümayəndə heyətinin - özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar və KİV nümayəndə və rəhbərliklərinin iştirakı gözlənilir.Hər il keçirilən forumun builki yeddinci iclası “Bakı Ekspo” sərgi və toplantı mərkəzində baş tutacaq. İİF-in gündəliyində duran əsas məsələ “İnkişaf naminə internet idarəçiliyi (IG4D)” ilə bağlıdır. Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edəcək, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirəcək, internetin idarəçiliyi məsələsinin milli və beynəlxalq səviyyədə inkişaf yanaşmaları ilə uzlaşdırma yollarını araşdıracaqlar. Forumda virtual iştirak da mümkün olacaq. Belə ki, Bakıya gəlmək imkanı olmayan, amma tədbirdə canlı iştirak etmək istəyən şəxslər və institutlar dörd günlük iclasa uzaq məsafədən qoşula biləcəklər. Maraqlı tərəflər müzakirələri ev yaxud idarələrindən izləyə biləcəklər. Arzu edənlər canlı, amma məxfi yarımbaşlıqlar vasitəsilə də forumu izləyə biləcək, tədbirin internet üzərindən yayımına baxacaq. Əsas plenar iclaslarla eyni vaxtda müzakirələrdə və fikir mübadiləsində aktiv iştirak etmək üçün ictimaiyyətə açıq elan edilən 100-dən çox təlim, açıq forum və digər görüşlər də keçiriləcək. Bundan başqa, tədbirdəki iştirak etmək, iclası izləmək istəyən şəxslər üçün dünyanın hər bir nöqtəsində müvafiq “mərkəzlər” təşkil edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm