BMT TŞ Azərbaycanın sədrliyi ilə ilk qətnaməsini qəbul edib
Bütün Xəbərlər
10:30 03.05.2012
1065
Mayın 2-də BMT–nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirib. İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmaq, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıb.Əks təqdirdə, tərəflərə qarşı BMT-nin nizamnaməsinə uyğun “müvafiq tədbirlər”, o cümlədən başqa BMT-yə üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam və ya qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər.