Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb

Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
DÜNYA
08:49 05.11.2026
39
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı musiqiçi Bob Dilan Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.

AZXEBER.COM Associated Press agentliyinə istinadən xəbər verir ki, bir neçə dəqiqə davam edən görüş qapalı formatda keçirilib.

Söhbət zamanı pontifik musiqiçiyə təsbeh hədiyyə edib, Dilan isə ona özünün "Xronikalar. Birinci cild" adlı avtobioqrafik kitabını təqdim edib.

Musiqiçinin səfəri zamanı onu Müqəddəs Taxt-Tacın nümayəndəsi Antonio Spadaro və Vatikanın "L'Osservatore Romano" qəzetinin baş redaktoru Andrea Monda müşayiət ediblər.

Spadarionun sözlərinə görə, görüş Bob Dilanın təşəbbüsü ilə baş tutub.

O, "L'Osservatore Romano" qəzeti üçün yazdığı məqalədə qeyd edib ki, dünyəvi adı Robert Prevost olan XIV Leo gənclik illərindən musiqiçinin yaradıcılığı ilə tanışdır.

Spadaro, həmçinin Dilanın müqəddəs Avqustinin irsinə marağına diqqət çəkib. Müqəddəs Avqustin pontifikin və Avqustin ordeninin mənəvi ənənəsində xüsusi yer tutur.

OXŞAR XƏBƏRLƏR