Bodrum qaçqın məkanına çevrilib- FOTO

Bodrum qaçqın məkanına çevrilib-  FOTO
Bütün Xəbərlər
10:43 04.09.2015
1266

Türkiyənin Bodrum vilayəti dünyaca məşhur kurortlardan biridir. Amma indi həmin məkan minlərlə suriyalı qaçqının "tranzit yeri"nə çevrilib.

 Bodrum sahillərindən Yunanıstanın Kos adasına cəmi 12 dəniz mildir. Suriyadan, Eritreyadan, habelə Əfqanıstandan və Afrikanın şimalından olan qaçqınlar da Yunanıstan ərazisinə keçmək üçün toplaşdıqları məkanlar arasında Bodruma da xüsusi əhəmiyyət verirlər.

Burada, demək olar ki, hər gün neçə qaçqın batır, Aralıq dənizinin sularında qərq olur.

Əslən Suriyanın şimalından olanAbdulla Kürdidə iki övladı və xanımı ilə birlikdə Kosa üz tutmaq istəyirdi. Lakin onların olduqları rezin qayıq Bodrum sahillərindən aralanandan az sonra çevrilib, Abdullanın övladları və xanımı batıblar.

Türkiyə Sahil Mühafizəsi Qüvvələrindən verilən məlumata görə, qaçqınların Bodruma axını səngimək bilmir.

//milli.az

OXŞAR XƏBƏRLƏR