Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha 4 üzvü rinqə çıxıb. Boks Federasiyasından AZXEBER.COM saytına verilən məlumata görə, onlardan üçü öz döyüşlərini qələbə ilə başa vurublar. 60 kq çəki dərəcəsində mübarizə aparanŞamil İbrahimzadədanimarkalıObaida İraquiüzərində qələbə qazanıb – 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisiVladislav Tuquiilə qarşılaşacaq. Qüdrət Quliyevdə (52 kq) dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Puerto-Riko idmançısıEdvin Qonzalesi mübarizədən kənarlaşdırıb. 3 hakimdən ikisi həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 28:29, 30:27. Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalıMarian Rutaolacaq. İsmayıl Hüseynovda (63 kq) dünya birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Gürcüstan nümayəndəsiTaras Kandelakini məğlub edib – 30:25, 30:27, 30:27. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belarusMixail Basiakovolub. Rüfət Hüseynovisə (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. Millimizin üzvü Ukrayna təmsilçisiDaniel Lapinə uduzub.