Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin tarixi açıqlandı

Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin tarixi açıqlandı
Bütün Xəbərlər
10:30 15.02.2012
1296
Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfərinin tarixi açıqlanıb. Bolqarıstanın Azərbaycandakı səfiri Vasil KalinovunAPA-ya verdiyi məlumata görə, Azərbaycan baş nazirinin dəvəti ilə baş tutacaq səfər aprelin 5-6-da gerçəkləşəcək. Səfərin proqramı diplomatik kanallarla razılaşdırılır.   Səfirin sözlərinə görə, Bolqarıstan parlamentinin spikeri Çeçka Çaçeva da Azərbaycan Milli Məclisinin rəhbəri Oqtay Əsədovun      dəvəti ilə yazda ölkəmizə gələcək.
 Aprelin 12-də isə Bakıda keçiriləcək turizm sərgisinə Bolqarıstandan nümayəndə heyəti qatılacaq.
OXŞAR XƏBƏRLƏR