Borclarını ödəməyən binalar istiliklə təmin edilməyəcək.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Qeyd olunub ki, sabahdan paytaxtda və ölkənin bir çox digər ərazilərində istilik mövsümünə start verilir. "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, abonentlərin böyük əksəriyyəti vaxtlı-vaxtında ödənişlərini edib və ötən mövsümdən heç bir borcları mövcud deyil.
Amma paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Ağcabədi rayonunda istehlak edilən 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 % ödəniş edilib.
"Azəristiliktəchizat" bəyan edib ki, əgər ödənişlər edilməsə, qazanxanaların fəaliyyəti dayandırılacaq.
İstilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda isə istilik verilişinə noyabrın 1-dən başlanılıb.











































