'Borjomi' suları təhlükə mənbəyidir - ŞOK FAKTLAR

İQTİSADİYYAT
15:21 05.09.2012
10687
Qızmar yayda ən çox tələbat duyulan məhsul – sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içən istehlakçı bu suların hansı fəsadlara yol açmasından isə bəlkə də xəbərsizdir.... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənib ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Azərbaycanda sudan nə qədər adamın zəhərlənməsi və ya ölməsi heç bir qurumun araşdırma mövzusu olmasa da, içdiyimiz suyun çoxlu dərdlər yaratdığı artıq faktdır. Saxta Borjomi “Sərinləşdirici içkilər Azərbaycanın çirklənmiş ərzaq malları bazarında ikinci yerdə dayanır. İlk yeri isə spirtli içkilər tutur”. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, artıq bütün dünyada təbiətin möcüzəsi sayılan su problemə çevrilməkdədir. Azərbaycanda da içməli sularla bağlı problem gündəmdədir: “Ölkədə olan hər brend suyun saxta variantları var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ona görə də AİB-ə hər həftə bu problemlə əlaqədar 10-12 istehlakçı müraciət edir. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır. ”Borjomi” suyu ölkədə süfrə suyu, hamının içə biləcəyi su kimi təqdim olunur. Amma bu, müalicəvi sudur. Bunu hamı içə bilməz. Bu su müəyyən xəstəliklərə zərərlidir. Ona görə də istehlakçılar üçün məlumat standartı hazırlanacaq. Bu standartlar hazırlanandan sonra istehsalçıları hansı malın zərərli olduğunu onun etiketində yazmağa məcbur edəcəyik”. Birlik sədri deyib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə məhsulun istehsaldan istehlakçının stolunun üstünə qədər olan sistemi yaradılacaq: “Nəticədə su istehsalı müəssisələrinə gümüş, qızıl və platin mal nişanları verəcəyik. Onlar malların üzərinə vurulacaq. Bununla da ayırd edəcəyik ki, hansı su daha yaxşıdır. 10-15 ərzində heç vaxt yaxşı mal haqqında danışmamışıq. Lakin indi istehlakçıların tələbatını nəzərə alaraq USAİD bu layihəni həyata keçirəcək. Mal nişanları vurmaqla su bazarında vəziyyəti dəyişmək istəyirik. Bunun üçün Türkiyədən laboratoriya da gətiriləcək. Yeganə inandığımız müstəqil laboratoriya o ola bilər. Ölkədə müstəqil ekspertiza yoxdur. Ona görə də hazırda sərinləşdirici içkilər bazarında böyük problem yaşanır. İstehsalçıların, istehlakçıların, dövlət qurumlarının və KİV-in iştirakı ilə ekspertizalar aparılacaq. Mağazalardan müxtəlif sular alınacaq, onlara anonim marka vurulacaq və laboratoriyaya göndəriləcək. Suların mikrobioloji, kimyəvi analizləri tam şəffaf aparılacaq. Təmiz çıxan sulara keyfiyyət nişanı verib onun böyük təbliğatını aparacağıq. Dövlət qurumları ilə treninqlər də keçiriləcək. Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi də bu prosesə cəlb olunacaq”. 15 növ saxta “gürcü limonadı”  E. Hüseynov qeyd edib ki, “Yeyinti məhsulları haqqında” qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır: “Təəsüf ki, çox hallarda buna riayət edilmir. Bütün rənglənmiş limonadlar ən çirkli sular hesab olunur. “Gürcü limonadı” adı altında 15 növ saxta limonad buraxılır. Əslində bu məhsulların hamısı standarta uyğun olmayan, antisanitar vəziyyətin hökm sürdüyü sexlərdə hazırlanır. Bunların arasında almalı, armudlu, tərxunlu limonadlar və s. var. Bu limonadların geniş satış şəbəkəsi restoranlar və şadlıq evləridir”. E.Hüseynov standarta uyğun olmayan sulara qarşı dövlət nəzarətinin qənaətbəxş olmadığı fikrindədir: “Su istehsalı müəssisələrinə sertifikatlar ayla, illə verilir. Sertifikat əslində partiya mala verilməlidir. Tutaq ki, müəssisəyə 1 illik sertifikat verilir. Sertifikat veriləndən sonra istehsalçı bu məhsulu krandan doldurur, yoxsa başqa yerdən doldurur, buna heç kim nəzarət etmir”. 20 min litrdən artıq su bazardan çıxarılıb İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliev isə bildirib ki, yay mövsümündə sərinləşdirici içkilər və dondurmalara tələbat artır. Buna görə də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahəyə dövlət nəzarətini daha da gücləndirir və intensiv monitorinqlər keçirir: “Sərinləşdirici içkilər bazarında müəyyən qanun pozuntuları aşkarlanır və bununla bağlı ictimaiyyətə mütəmadi məlumatlar verilir. Bazarda olan vəziyyətin monitorinqi göstərir ki, əvvəlki illərə nisbətən daha az qanun pozuntularına rast gəlinir. Normativ sənədlərə əməl etmədən məhsul istehsalı, yararlılıq müddətinin və istehsal tarixinin göstərilməməsi, düzgün markalanmanın, etiketlənmənin aparılmaması, vaxtı keçmiş məhsulların satışda olması faktları azalıb. Yay mövsümü başlayandan indiyə qədər keyfiyyətsiz olduğundan, reseptura olmadan istehsal edildiyindən və digər səbəblərdən bazardan 20 min litrdən artıq limonad, qazlı və qazsız su, meyvə nektarı çıxarılaraq məhv edilib. Belə monitorinqlər yay mövsümü başa çatana qədər davam edəcək”. 20 dərəcədən yuxarı təhlükəlidir Qeyd edək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər. Daşınma və saxlanma şərtlərinə görə spirtsiz içkilərin saxlanma müddəti istehsalçı tərəfindən səlahiyyətli orqan ilə razılaşdırılaraq müəyyən edilir. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi təhlükəlidir. Spirtsiz içkilərin keyfiyyəti orqonoleptiki, həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olur. Spirtsiz içkilərin etiketində istehsalçı müəssisənin adı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, qida dəyərliliyi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti, istehsalçının ticarət nişanı, minerallaşma dərəcəsi, suyun təyinatı (müalicəvi süfrə suyu və ya təbii süfrə suyu olması), istehsalında istinad olunan standartın nömrəsi, sertifikatlaşdırma barədə qeyd olmalıdır. Şəkərli spirtsiz içkilərin tərkibində 7-10 faizə qədər şəkər, 0,1-1,2 faizə qədər üzvi turşu, eləcə də vitaminlər və digər bioloji fəal maddələr olur. Təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlandığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsa sistemində fəsadlar və maya göbələkləri yarada bilər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir