“Boşanmaların bu qədər olması normal deyil" - Fazil Mustafa

“Boşanmaların bu qədər olması normal deyil" - Fazil Mustafa
SOSİAL
14:31 18.06.2026
442
Xəbər verdiyimiz kimi, bu ilin ilk dörd ayında 11 422 nikah, 6 443 boşanma qeydə alınıb.

Azərbaycanda bu ilin ilk 4 ayında 11 min 422 nikaha daxilolma və 6 min 443 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, boşanmaların bu qədər olması normal deyil:

"Boşanmaların bu qədər olması normal deyil. Burada həm süni xarakterli, həm də ümumi cəmiyyətin indiki durumuna uyğun olaraq baş verən boşanmalar da var. Ona görə də, bunun sosioloji tərəfi cəmiyyətdə xeyli müzakirə olunur. Sağlam və yaxşı ailə modelinin təbliğ olunmasını gücləndirməliyik. İnsanlar bilməlidir ki, ailə qurmaq və dağıtmaq belə asan olmamalıdır. Bu istiqamətdə hər halda çox ciddi müzakirələr aparılmalıdır. Hansısa şəkildə boşanmaların belə çoxalmasına imkan yaranmasına qarşı çıxmalıyıq”.

"Bir ailənin davam etdirilməsi, ailənin hansısa formada davamlılığının qorunması ciddi qəbul olunmur. Bu da böyük problemlərə gətirib çıxarır. Sosial problemlər burada çox da əsas rol oynamır. Çünki bir-birinə hörmət göstərən, sevən insanlar bir adada, ən çətin, kimsəsiz bir mühitdə belə bir-birinə dəstək verərək yaşamağı bacarırlar. Boşanmaların səbəblərinə daha çox mental uyuşmazlıq məsələsi kimi baxılmalıdır. Sağlam ailənin təbliğ olunmasını insanlara düzgün şəkildə başa salmalıyıq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR