“Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu

“Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu
Bütün Xəbərlər
17:33 02.09.2015
4106

“Bütün çəkilişlərimiz təxirə salınıb”.

“Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucov (red.“Fəlakət”obrazı ilə tanınan)İsmayıllı rayonundaçəkiliş zamanı xəstəxanalıq olub.

Bu barədəİsmayıllı sakinləri məlumat veriblər.

Məsələ ilə bağlı“Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni Oxu.Az-a hadisəni təsdiqləyib.

O bildirib ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub:

“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər aktyora ilkin tibbi yardım göstəriblər, daha sonra o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb”.

İlkin Həsəni qeyd edib ki, hazırda “Fəlakət”paytaxtda özəl klinikaların birindədir:

“Həkimlər onu müayinə edirlər. Müayinədən sona məlum olacaq ki,nəyə görə “pristup” tutub, xəstəliyin diaqnozu bilinəcək”.

İ.Həsəninin sözlərinə görə, hazırda hadisə ilə əlaqədar bütün çəkilişlər təxirə salınıb:

“Kinokomediyanın çəkilişlərininbitməsinə iki-üç gün qalmasına baxmayaraqhadisə ilə əlaqədar “Bozbash Pictures”paytaxta qayıdıb. Bütün çəkilişlərimiz təxirə salınıb”.

OXŞAR XƏBƏRLƏR