Azərbaycana səfir təyin olunması ilə bağlı ABŞ Senatında dinləmələrin nə zaman keçiriləcəyi barədə suala cavabında isə M. Brayza bu barədə məlumatı olmadığını deyib: “Mənim üçün əsas odur ki, orda çıxış etmək və özümü müdafiə etmək imkanım var”.
Xatırladaq ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla 6 ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən, səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya bilirlər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı öz qüvvəsini itirəcək.
M. Brayza fevralın 17-də etimadnaməsini Azərbaycan prezidentinə təqdim edərək səfir kimi vəzifəsinin icrasına başlayıb.
//APA