Braziliyada prezident seçkilərinin ikinci turunda səslərin hesablanması bərpa olunub.
Ölkənin Ali Seçki Məhkəməsi (TSE) səsvermənin ilkin nəticələrini yenidən dərc etməyə başlayıb.
Səslərin 1,56 faizinin hesablanmasından sonra hazırkı Prezident Luiz İnasiu Lula da Silva 52,16 faiz, onun rəqibi, müxalifətçi senator Flaviu Bolsonaro isə 47,84 faiz səs toplayıb.
Bundan əvvəl səslərin hesablanması bəzi seçki məntəqələrində səsvermə müddətinin iki saat uzadılması səbəbindən müvəqqəti dayandırılmışdı.
Buna güclü yağışlar və ictimai nəqliyyatın fəaliyyətində yaranan problemlər səbəb olub. Məsələ ilə bağlı Federal Polis araşdırmaya başlayıb.
Qeyd edək ki, prezident seçkilərinin qalibi 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.
///teleqraf///











































