Braziliyalı fenomen Hüseynin ifasıyla "Azərbahcan" mahnısını paylaşıb

Braziliyalı fenomen Hüseynin ifasıyla "Azərbahcan" mahnısını paylaşıb
SOSİAL
18:50 27.08.2026
173
Milyonlarla izləyicisi olan braziliyalı sosial şəbəkə fenomeni Gariqato Araras  azərbaycanlı klarnet ifaçısı Hüseyn Məmmədoğlunun canlı ifasını əks etdirən videonu şəxsi hesabında paylaşıb. 

Paylaşım qısa müddət ərzində minlərlə baxış və bəyənmə toplayaraq sosial şəbəkələrin həm yerli, həm də xarici seqmentində trendə çevrilib.

​Braziliyalı bloggerin paylaşdığı videoda milli musiqi motivlərimiz əsasında Azərbaycan mahnısı yer alıb. 

Videonun şərh bölməsində müxtəlif ölkələrdən olan izləyicilar Azərbaycan musiqisinin özünəməxsusluğuna və Hüseyn Məmmədoğlunun peşəkar ifasına heyranlıqlarını ifadə ediblər.

​Mədəniyyətlərarası körpü rolu oynayan bu viral paylaşım Azərbaycan milli musiqi sənətinin beynəlxalq platformalarda təbliğinə növbəti uğurlu töhfə kimi qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR