Briliant Dadaşova: 'Bir mahnını oxuyan kimi təngnəfəs olurlar, tər su kimi axır'

MAQAZİN
09:34 06.08.2012
3027
Xalq artisti Brilliant Dadaşova yerli estradanın tanınmış müğənni xanımını sərt tənqid edib.
Amma həmin xanımın adını açıqlamayıb. Brilliant Dadaşova güman edir ki, tamaşaçılar özləri onun kim olduğunu dərhal anlayacaqlar.AZXEBER.COM-un Milli.Az-a istinadən məlumatına görə, yerli telekanallardan birinin efirində B.Dadaşova deyib:"İndi ancaq özlərini reklam etmək, sponsor, day-day axtarmaq barədə düşünürlər, peşəkarlıq haqda isə fikirləşmirlər. Bir mahnını oxuyan kimi təngnəfəs olurlar, tər su kimi axır. Yaradıcılıq olmadığından isə yalançı piara əl atırlar ki, gündəmdə qalsınlar.Başa düşmürəm, o necə oxuyur, onu necə dinləyirlər? O anlamır ki, nə qədər çox populyarsansa, bir o qədər məsuliyyətin artır. Axı insanlar üçün maraqlıdır ki, sən nə oxuyursan. Elə müğənnilərin artistliyi daha çoxdur".B.Dadaşova o cür müğənnilərə səslərini qorumağı, siqaret çəkməməyi, içki içməməyi tövsiyə edib. Həmçinin deyib ki, onları başa düşür, çünki onlar heç zaman mahnıları ilə populyar olmayacaqlar.

OXŞAR XƏBƏRLƏR