Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Brilliant Dadaşova fevralın 12-də axşam saatlarında türkiyənin İstanbul şəhərində avtomobil qəzası keçirib. Bu xoşagəlməz hadisənin başvermə səbəblərini dəqiqləşdirməkdən ötrü xanım Dadaşovanın Türkiyə nömrəsinə aramsız telefon zəngləri edilsə də, müğənni ilə əlaqə saxlamaq mümkün olmayıb. Müğənniyə yaxın olan mənbə məlumatı təsdiqləyib.