Brilliant Dadaşova: ''Gözləmədiyim şeylər gürdüm''

MAQAZİN
11:24 10.09.2012
2108
Xalq artisti Brilliant Dadaşova Türkiyədəki albom çalışmalarını dayandırıb.
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, hər şey artıq hazır idi, lakin mahnıların yazılışı onun xoşuna gəlməyib, buna görə də hər şeyi silib."Mahnılarda gözləmədiyim şeylər gördüm. Heç xoşuma gəlmədi. Bütün mahnıları yenidən yazmalı olacam. Əgər nəsə xoşuma gəlmirsə, dərhal bu barədə deyirəm. Bu alboma görə o qədər məşğul olmuşdum ki, bu il dincələ bilmədim", - müğənni "ATV Maqazin" proqramına açıqlamasında deyib.B.Dadaşova onu da bildirib ki, "Gellərim" mahnısını üç dəfə yazdırıb. Hər dəfə nəsə xoşuna gəlməyəndə silib.

OXŞAR XƏBƏRLƏR