Brilliant Dadaşova: "Həmin şəxsin mədəniyyətinə mənim şübhəm var" - MÜSAHİBƏ

Brilliant Dadaşova: "Həmin şəxsin mədəniyyətinə mənim şübhəm var" - MÜSAHİBƏ
MAQAZİN
13:41 01.02.2018
3303
Xalq artisti Brilliant Dadaşovanın AZXEBER.COM-a müsahibəsi: 

-Mart ayının 3-də tamaşaçıların qarşısına konsert proqramı ilə çıxacaqsız. Konsert hazırlıqları necə gedir?
- Hazırlıqlar başlayıb. Repertuarımızı artıq seçmişik. Nələr ifa edəcəyimiz bəllidir. Yaxşı keyfiyyətli musiqi görəcəksiz. Çoxdan eşidilməyən əsl Azərbaycan musiqisi səslənəcək.
 
- Qocalmayan məşhur xanımlardan birisiz. Xanımlara belə qalmaları üçün nə məsləhət görərdiz?
- Əslində bu qədər cəlbedici və gözəl olmaq üçün heç nə etməmişəm. Xanımlara məsləhət görərdim ki, idman etsinlər. Yaxşı düşünmək, xoşniyyətli olmaq, başqalarında yaxşı nəsə görəndə deməli və uğurlarına sevinmək lazımdır.
 
- Bəs bir xanım olaraq sizin idealınız kimdir? 
- Mənim idealım Ajda Pekkandır. O mənim üçün başqa bir dünyadır. Ajda atamın, əmimin bütün ailəmizin zövqünün aynasıdır.
 
- Bu gün tədbirə oğlunuzla qatılmısız. Oğlunuz Cahadın incəsənəti seçməməsini siz istəmədiz?
- Oğlumun incəsənətlə heç bir əlaqəsi yoxdur. Özü bu sənəti və ekranda olmağı sevmir.
 
- Oğlunuza qadağa qoyursuz?
- Oğluma heç vaxt qadağa qoymamışam. Bir qadağa qoymuşam ki motosikleti bərk sürməsin. Onu da canıma and içdirmişəm. Özü tərbiyəli insandır. Bilir ki, harada özünü necə aparmağın bilir.
 
- Bəzən məşhurlar övladlarının müğənni ilə ailə qurmasına qarşı çıxırlar. Siz müğənni gəlinizin olmasını istərdiz?
- Özü müğənni olan insan o ifadəni işlədirsə, həmin şəxsin mədəniyyətinə mənim şübhəm var. Elçin hansı müğənnidir tanımıram. Bəlkə üzdən tanıya bilərəm. Özü müğənni olub və bu sözü deməsi ilk növbə də özünə hörmətsizlikdir.
 
- Dünyanın bir çox ölkələrində çıxışlarınız olub. Dünya şou-biznesinə qatılmağı düşünürsüz? 
- Biz özümüz dünyadan balacayıq ki, Jennifer Lopez gəlib bizim şou-biznesə qatılsın? Mən Afrikada da stadionda səhnəyə çıxmışam, Norveçdə iki diskimiz çıxıb. Dünyanın 30 ölkəsində səhnəyə çıxmışam. Xarici ölkələrdə çıxış edəndə öz musiqimizi təmsil etmişəm.
 
- Ajda Pekkan konsertin küsülü həmkarınız ilə bir araya gəldiz. Daha sonra küsülü olmağına rəğmən duet də ifa etdiz. Aranızdakı buzlar əridi? 
 
- Mən elə hesab edirəm ki, insanlar həyatlarında olmaq istəyən və istəməyən insanlar var. Elə insanlar ki, onların olması fərq etmir. Küsüb və barışmaq ifadələri məncə piar üçün edilir. Elə pr-lar da mənə lazım deyil. Küsüb, barışmaq mənim xasiyyətimə zidd olan şeylərdir. Bağışlayıb, barışmağı necə bacarırsız? Burda səmimiyətdən söhbət gedir. Yəni o insanlar sənin haqqında pis danışıb, təhqir edirlərsə sonra gəlib xoş sözlər deyirlərsə bu artıq saxtakarlıqdır. Mənim saxtakarlıqdan xoşum gəlmir. Mən istədiyim insanlar mənim həyatımdadırlar. Kimisə istəmirəm onlar həyatımda yoxdur.
 
Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR