Brilliant Dadaşova Mehriban Əliyevaya müraciət etdi - Fədayə Laçına görə

Brilliant Dadaşova Mehriban Əliyevaya müraciət etdi - Fədayə Laçına görə
MAQAZİN
22:02 04.11.2017
25777
Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
 
AZXEBER.COM-un axsam.az-a istinadən məlumatına görə, sənətçi birinci xanımdan "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etdiyinə görə həbs olunan müğənni Fədayə Laçına dəstək olmasını xahiş edib:
 
"Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız!"
OXŞAR XƏBƏRLƏR