Britaniya mediasında Azərbaycana qarşı çirkin kampaniya davam edir

Britaniya mediasında Azərbaycana qarşı çirkin kampaniya davam edir
İDMAN
17:05 01.08.2012
1733
Azərbaycanın əldə etdiyi uğurlara bəzən Qərb ölkələrinin media orqanlarının kifayət qədər qərəzli mövqedən yanaşması heç kimə sirr deyil. Bu sıraya idman sahəsi də daxildir. Ötən il yaşanmış «boks qalmaqalı» da qeyd edilənlərin hələ yaddaşlardan silinməyən təsdiqidir. İndi dünyanın böyük diqqətlə izlədiyi London Olimpiya Oyunlarında yenidən ölkəmiz barəsində dezinformasiya yayılır və bunun arxasında antiazərbaycançı qüvvələrin dayanması artıq heç bir şübhə doğurmur. Qeyd edək ki, Britaniyanın «Sky News» televiziyası gizli çəkiliş vasitəsilə bir neçə azərbaycanlının Olimpiya oyunlarının keçirildiyi «Excel» mərkəzinin qarşısında bilet satdığını aşkara çıxardığını iddia edib. Kanal bildirir ki, Azərbaycan bayrağı gəzdirən şəxsin 20 funta satdığı biletin üzərində "Azərbaycan Olimpiya Komitəsi" sözləri yazılıb. Biletlər avqustun 3-ə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür. London 2012 Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov isə kanalın iddialarını qətiyyətlə rədd edib və biletlərin üzərində belə söz yazılması barədə məlumatların həqiqətə uyğun olmadığını deyib: «Olimpiya oyunlarının keçirildiyi «Excel» mərkəzinin qarşısında bilet satan şəxs azərbaycanlı ola bilməz. Çünki azərbaycanlıların özlərinə bilet çatışmır». O, BBC-yə açıqlamasında digər maraqlı fikirlər də səsləndirib: «Mən özüm 125 funt sterlinqə bilet alıb Azərbaycan rəsmilərinə verirəm, oyunlar başlayandan bəri son bir həftədə biletlərə 2000 funt sterlinq xərcləmişəm, çeklər də məndədir. Mümkün deyil. Heç kəsdə bu qədər bilet yoxdur». Azərbaycan rəsmisi eyni zamanda ehtimal edib ki, «Sky News» televiziyasının videoya çəkdiyi və üzünü göstərmədiyi şəxs Bakıdan "turist paketi" ilə Olimpiya Oyunlarını izləməyə gəlmiş adamlardan biri ola bilər: «Turist paketi içərisində ona günə bir bilet verilir. Onda cəmi 5-6 bilet ola bilər. Azərbaycanlılar bir gündə beş yerdə çıxış edirlər. Turist paketinə daxil olan biletlər isə gündə bir oyun üçündür. Avqustun 3-ə olan bileti heç kəs indidən satmaz. 20 funta heç kəs bilet satmaz». Cənab Mədətov həmçinin London Olimpiya Oyunlarının təşkilatçısı olan LOCOG şirkətindən narazılıq edib: «Biz bir il əvvəl biletlər sifariş vermişik. Onlardan sifarişimizin yalnız 25-30 faizini əldə edə bilmişik. İndi görürlər ki, artıq biletlər var, bizim sifarişlərin bir hissəsini yerinə yetirməyə başlayıblar». Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov isə deyir ki, ola bilsin, biletini satan turist olsun: «Nümayəndə heyəti orada biletlə işləmir. Onların akkreditasiyası var, akkreditasiyadan keçiblər. Onların bütün yarışlara buraxılışı var. Yenə deyirəm, onlarda bilet olmur. Azərbaycan nümayəndə heyətinə qarşı çox təxribatlar aparırlar. Bu da ola bilsin, bir təxribatdır. Gah deyirlər kimsə pulla medal alıb, ya da başqa haqsız məsələləri ortalığa atırlar. Ola bilsin, hansısa turist olub orda, əlində bilet olub, öz biletini satıb, ya da dəyişib. Bu, adi haldır, burada nə var ki? Biletlər «Improtex» vasitəsilə alınıb». Gənclər və İdman Nazirliyinin rəsmisi deyir ki, biletin üzərinə Beynəlxalq Olimpiya Komitəsinin işarəsi vurulur, Azərbaycan Olimpiya Komitəsinin yox. İstisna olunmur ki, əslində, «Sky News» televiziyasının yaydığı kadrlar Azərbaycana qarşı yönələn və idman üzərində köklənən növbəti çirkin kampaniyadır. Özü də bu kampaniya hələ keçən ildən özünü göstərir. Xatırladaq ki, bundan əvvəl BBC televiziyası özünün "Newsnight" proqramında Azərbaycan tərəfinin Londonda keçiriləcək 2012-ci il olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı "World Series Boxing"ə (WSB) 10 milyon dollar rüşvət verməsinə dair iddialar irəli sürmüşdü. İddiaya görə, bu məbləğin əvəzində WSB təminat verib ki, Azərbaycan boksçuları Londonda iki qızıl medal qazanacaq. Lakin bu xəbərin heç də reallığı əks etdirmədiyi dərhal özünü göstərdi və buna görə də BBC-dən faktlar ortaya qoyulması tələb olundu. Lakin iddialar əsassız olduğu üçün meydana heç bir fakt qoyulmadı və baş verənlərin ölkəmizə qarşı iftiradan və çirkin kampaniyadan başqa heç nə olmadığı üzə çıxdı. Məlum oldu ki, bu qalmaqalın arxasında həm də Azərbaycanı istəməyən qüvvələr dayanır. Ümumiyyətlə, Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlar və faktiki olaraq dünyada sayılan idman ölkəsinə çevrilməsi çoxlarını narahat edir. Həmin qüvvələr ölkəmizlə açıq və təmiz mübarizə apara bilmədiyindən bu tip metodlara əl atmaqdan belə çəkinmir. Təhlilçilərə görə, belə qalmaqallı xəbərin meydana çıxmasına müəyyən səbəblər təsir göstərir. Əvvəla, qeyd olunduğu kimi, bu, Qərbin, xüsusən də Britaniyanın media orqanlarının ölkəmizə qarşı qərəzli mövqelərinin real təzahürüdür. İkincisi, Azərbaycanın son illərdəki idman uğurları bir sıra dairələri ciddi şəkildə qıcıqlandırır. Lakin necə deyərlər, it hürər, karvan keçər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
23:04 22.08.2026
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
22:51 22.08.2026
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
Ən çox pul xərcləyən bürclər - SİYAHI
22:37 22.08.2026
Ən çox pul xərcləyən bürclər - SİYAHI
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
22:27 22.08.2026
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
22:05 22.08.2026
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
21:56 22.08.2026
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
21:39 22.08.2026
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
21:31 22.08.2026
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
21:19 22.08.2026
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
21:14 22.08.2026
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
20:52 22.08.2026
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
Faiq Ağayevə ağır itki üz verdi
20:34 22.08.2026
Faiq Ağayevə ağır itki üz verdi
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
20:27 22.08.2026
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
20:11 22.08.2026
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
19:55 22.08.2026
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
19:45 22.08.2026
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO