Britaniyada bir fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub

DÜNYA
22:42 13.08.2020
759
Böyük Britaniyada Norsampton şəhərində yerləşən "Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib.

APA-nın yerli müxbirinin məlumatına görə, fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: "Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet