Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Britaniya hökumətinin Fairford hərbi bazasında baş verən hadisəni İranla əlaqələndirməsi olub.
İran XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Britaniyanın ittihamlarını əsassız adlandırıb.
O, Londonun irəli sürdüyü iddialarla bağlı sənəd və sübutları ən qısa zamanda təqdim etməli olduğunu bildirib.
Əlirza Yusifi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən baxacaq.
ABŞ-nin strateji bombardmançı təyyarələrinin istifadə etdiyi RAF Fairford Britaniyanın əsas hərbi obyektlərindən sayılır. Sentyabrın sonlarında bazanın yaxınlığında terrorçuluqla bağlı cinayətlərdə şübhəli bilinən bir neçə nəfərin saxlanılması genişmiqyaslı antiterror əməliyyatına səbəb olub. Araşdırma davam edərkən şübhəlilər sonradan zaminə buraxılıb.
RAF Fairford işi üzrə təfərrüatlar hələ də məhdud olsa da, insident London və Tehran arasındakı gərgin münasibətlərdə yeni mübahisə mövzusuna çevrilib.
///teleqraf///











































