Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır
MARAQLI
00:41 10.07.2026
334
Astroloqların proqnozuna görə, iyul ayının son günlərində Şir, Oxatan, Dolça və Tərəzi bürcləri üçün yeni imkanlar və müsbət dəyişikliklər ön plana çıxa bilər.

AZXEBER.COM bu haqqda olan məlumatı təqdim edir:

Şir bürcü

Şir bürclərini xüsusilə karyera sahəsində uğurlu dövr gözləyir. Uzun müddətdir üzərində çalışdıqları layihələrin nəticəsini əldə edə, yeni iş təklifləri və ya vəzifə yüksəlişi ilə qarşılaşa bilərlər. Şəxsi həyatda isə yeni tanışlıqlar və mövcud münasibətlərdə müsbət inkişaf ehtimalı yüksək qiymətləndirilir.

Oxatan bürcü

Oxatanlar üçün iyulun son günləri yeni başlanğıclar və şəxsi inkişaf baxımından əlverişli hesab olunur. Səyahət, təhsil və yeni layihələrlə bağlı imkanlar yarana bilər. Eyni zamanda, uzun müddətdir təxirə salınan planların həyata keçirilməsi üçün münasib vaxt olduğu bildirilir.

Dolça bürcü

Dolça bürclərinin maliyyə və iş həyatında sevindirici xəbərlər alacağı proqnozlaşdırılır. Yeni əməkdaşlıqlar, əlavə gəlir imkanları və uğurlu layihələr gündəmə gələ bilər. Şəxsi münasibətlərdə də ünsiyyətin güclənəcəyi və köhnə anlaşılmazlıqların aradan qalxacağı gözlənilir.

Tərəzi bürcü

Son dövrlər çətinliklərlə üzləşən Tərəzilər üçün daha sabit və rahat mərhələnin başlayacağı qeyd olunur. Maliyyə baxımından gözlənilməz dəstək və gəlir artımı ehtimalı var. Bundan əlavə, qurulacaq yeni əlaqələrin həm iş, həm də şəxsi həyatda yeni fürsətlər yaradacağı bildirilir.

/Metbuat.az
OXŞAR XƏBƏRLƏR