Bu dəfəki qəhrəmanlarımız 7 ya (SEMYA) rep qrupudur. Qrup 2010-cu il 17 oktyabr tarixində yaradılıb. Bu tarix məşhur reper Eminemin və qrupun üzvü MC MA – X-ın da doğum gününə təsadüf edir.
7 ya (SEMYA) qrupu 4 nəfərdən : Mc MA-X (Ağa Məmmədov), SlotH (AyazRəşidov) ДИФФЕКТ (Nizami Qurbanov) və TAKO (Tərlan Rəhmanov)-dan ibarətdir.
Mc MA-X-ın AZXEBER.COM-a bu haqda deyib “Bizim qrup 4 gəncdən ibarətdir. Devimiz odur ki, insan öz gücünə güvənəndə hər şeyə nail olur. Hər şey insanın öz əlindədir. Buradan bütün gənclərə səslənirəm ki, özünüzə güvənin”.
Underground replə məşğul olan gənclər treklərini 2 dildə: Azərbaycan və rus dillərində yazırlar. Qrupun üzvü ДИФФЕКТ-in solo albomu işıq üzü görüb. İkinci albom bu yaxınlarda satışda olacaq. Bundan başqa Mc MA-X-ın “Ümidlər Ölkəsi” adlı treki bu həftə hazır olacaq.
AZXEBER.COM portalı özlərinin dediyi kimi küçələrdən çıxan heç nəyə baxmayaraq öz istəklərinin arxasınca gedən 4 gəncin “Radi Tebya” adlı trekini təqdim edir. Buyurun, özünüz dinləyin və qiymət verin.
MAHNINI MP 3 FORMATINDA BURADAN YÜKLƏYİN